2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülmüş
İlham Heydər oğlu
Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 3/12
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni
Azərbaycan Partiyasının
2018-ci il 8 fevral tarixli VI Qurultayının Qərarı
ilə Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli
sürülməsinin təsdiq
edilməsi üçün
sənədlər 2018-ci il fevralın 9-da partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən
Mərkəzi Seçki
Komissiyasına təqdim
edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin
təsdiq edilməsi üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 52-ci,
54-cü və 180.1-ci maddələrinə
əsasən qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli
sürülmüş İlham
Heydər oğlu Əliyevin namizədliyinin
irəli sürülməsi
təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.02.2018
Azərbaycan.- 2018.- 15 fevral.- S.10.