Dairə seçki
komissiyalarının sədrləri, katibləri, üzvləri
və məntəqə seçki
komissiyalarının sədrləri üçün
maarifləndirmə tədbirlərinin təşkilinə dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
3/22
(Azərbaycan Respublikası
Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın icrası ilə əlaqədar)
Azərbaycan Respublikası
Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin
icrası ilə bağlı Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri
daxilində aşağı seçki komissiyaları üzvlərinin
peşə hazırlığının
artırılması, seçki sahəsində onların
bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi
məqsədilə mütəmadi olaraq seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar, habelə
digər seçki subyektlərinin maarifləndirilməsi
üçün bu qəbildən olan çoxsaylı tədbirlər
təşkil etmişdir.
“Azərbaycan Respublikasında
İnsan hüquqlarının müdafiəsi üzrə Milli
Fəaliyyət Planı”nın
davamlılığının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin
27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın seçki komissiyalarına aid olan hissədə
icrası ilə əlaqədar, habelə 2018-ci il aprelin 11-nə
təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti
seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi
məqsədilə dairə seçki komissiyalarının
bütün üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün yeni
maarifləndirmə tədbirlərinin təşkil edilməsinə
dair hazırlıq işləri başa
çatmışdır.
Maarifləndirmə materiallarının həcminə və kursların keçirilmə müddətinə uyğun olaraq tədris proqramları və cədvəlləri hazırlanmış, dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında 1 günlük seminar-müşavirənin, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 3 günlük regional kursların keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası üzvlərinin, Katibliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsi də nəzərdə tutulmuşdur.
Qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar tərtib edilmiş tədbirlər planına və tədris proqramlarına uyğun olaraq aşağıdakı maarifləndirmə tədbirləri keçirilsin:
1.1.Dairə seçki
komissiyalarının sədrləri üçün 1
günlük seminar-müşavirə (2018-ci il fevralın 15-də
Bakı şəhərində, Mərkəzi Seçki
Komissiyasının inzibati binasında);
1.2.Dairə seçki komissiyalarının
katibləri, üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar (2018-ci il 19-21 fevral,
müvafiq DSK-ların inzibati binalarında).
2. Mərkəzi Seçki
Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri
daxilində bu qərarın icrası ilə əlaqədar
müvafiq tədbirlər görsün.
3.Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.02.2018
Azərbaycan.-
2018.- 15 fevral.- S.10.