Mütaliə uşaqları daha bilikli edir

 

Beynəlxalq Kitab Bağışlama Günü təqvimə görə dünyanın ən gənc bayramlarındandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən gündəmə gələn bu bayram ABŞ-da məşhur Delightful Children's Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur.

2011-ci ildə Amerikanın Minessota əyalətində yaşayan 6 yaşındakı Jack Broadmoore adlı kiçik qız “Kitab Vermə Günü” adlı bir bayram uydurmuşdur. Bütün dostlarını və ailə üzvlərini də bu bayramda bir-birləri ilə kitab dəyişdirməyə məcbur etmişdir. Tam bir il sonra 2012-ci ildə Jackin anası Amy Broadmoore uşaq kitabları blokunda bütün kitabsevərləri uşaqlara kitab hədiyyə edərək “Kitab Vermə Günü qeyd etməyə dəvət etmişdir.

2013-cü ildə də Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən kitab həvəskarları birlikdə hərəkət edərək insanları, o günüuşaqlara kitab vermə günüolaraq qeyd etməyə çağırmışlar. Həmin vaxtdan bəri dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası Kitab Vermə Günükimi qeyd olunmağa başlamışdır. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indiyeni iştirakçılar cəlb etməkdədir.

Bu günün coğrafiyasının genişləndirilməsində məşhur müəlliflərin, kitab həvəskarlarının və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayır. Belə ki, hər il minlərlə həm oxunmuş köhnə kitablar, həm də çapdan çıxmış yeni kitablar dünyanın müxtəlif ölkələrinə yola salınır, uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Bu əlamətdar gün ölkəmizdə də son illər qeyd olunur. Kitab ana dilinin ən yaxşı qoruyucusu və ən etibarlı keşikçisidir. Dilimizin paklığı və şirinliyi qədim Azərbaycan xalq nağıllarından və qəhrəmanlıq dastanlarından tutmuş müasir günümüzəcən qalmaqdadır. Milli-mənəvi dəyərlərimizi özündə yaşadan kitablar ən yaxşı tərbiyə vasitəsidir, gənclərimizə hər an üzərində gəzdiyimiz müqəddəs torpağı sevməyi, vətəni qorumağı, əsl ziyalı, vətəndaş olmağı öyrədir.

Kitabdan və mütaliədən söhbət düşəndə nədənsə 30-40 il bundan əvvəl bədii ədəbiyyata marağı və kitab mağazaları bolluğunu xatırlamalı oluruq. Sovetlər dövləti süquta uğrayandan sonra Bakıda və bölgələrdə bir çox kitab mağazaları bağlandı. Bu da tədricən giley-güzara səbəb oldu. Lakin son illər Azərbaycan Prezidentinin qayğısı nəticəsində bu sahədə də ciddi dönüş yarandı. İş adamları yeni çap sexləri, müasir tələblərə cavab verən mətbəələr, kitab satışı mağazaları açdılar. Belə kitab satışı mağazalarından biri də Bakının mərkəzində, Dövlət Statistika Komitəsi ilə üzbəüz ötən ilin may ayında açılmış “Azərkitab” Kitab Təbliğatı Mərkəzidir. Ölkəmizin bir çox kitab satışı mağazalarında və kitab evlərində olduğu kimi, burada da 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü təntənə ilə qeyd edilmişdir. İş vaxtı başlayandan az sonra ikibir-üçbir, hətta dəstə halında mağazaya gələnləri mərkəzin işçiləri Günel İsgəndərova, Qənirə Məstiyeva, Ramilə Tapdıqlı, Gülyanaq Həşimova, satış şöbəsinin icraçı direktoru Cəmilə Ələkbərova və digərləri gülərüzlə qarşılayırdılar. Mərkəzin direktoru Misirxan Həsənov bildirdi ki, kollektiv Beynəlxalq Kitab Bağışlama Gününə böyük həvəslə hazırlaşıb, şöbələr yeni çap məhsulları ilə zənginləşdirilib. Hazırda mağazada dünyanın müxtəlif dillərində 9-10 min adda, o cümlədən Azərbaycan, ərəb, rus, gürcü, ingilis, fransız, türk, alman, Litva, Ukraynasair dillərdə 40 minə yaxın kitab var.

Uşaq şöbəsi”nin qarşısında “bu kitabı yox, o birisini götürək” deyə, böyük həvəslə kitab seçən məktəblilərə yaxınlaşırıq. Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi sinif müəllimləri Aynurə Aslanova ilə bayrama qatılmışlar, hamısı da əlaçı və nizam-intizamı ilə seçilən uşaqlardılar. Dördüncü sinif şagirdi Tofiq Ağayev nəfis tərtibatla hazırlanmış “Yeni Uşaq Ensiklopediyası”nı alaraq həmin məktəbin 7-ci sinif şagirdi, bacısı Nəzrinə bağışlayır. Şagirdlərdən Nərmin Quliyeva “Azərbaycan xalq nağılları”nı sinif yoldaşı Ayla Paşazadəyə, Məfkurə Allahverdiyeva Xırdalanda boya-başa çatmış, tanınmış şair Nəbi Xəzrinin “Şeirlər” kitabının ön səhifəsinə “14 fevral 2018, imzaedib rəfiqəsi Xədicə Nəbiyevaya bağışlayır. Nəzrin, Ayla, Xədicə, eləcə də onların məktəb yoldaşları Elton Hüseynov, Səkinə Əkbərzadə, Pərizad Məmmədova, Rəcəb Daşdəmirov və Balabacı Aslanova hərəsi iki-üç kitab seçib yaxınlarına hədiyyə edəcəklərini söyləyirlər.

Mağazanın ikinci mərtəbəsində tanış olduğumuz məktəblilər isə Biləcəri qəsəbəsi, şəhid Vüqar Əzizov adına 300 saylı tam orta məktəbin şagirdləridir. Sinif müəllimi Mehrab Rəfiyevin dəstəyilə Yusif Həsənov, Nigar Kərəmova və Nihad Yahyayev istədikləri kitabı alıb, imzalayaraq bir-birlərinə bağışlayırlar. Sonra Yusif Abdulla Şaiqin “Şeirlər”ini, Nigar S.S.AxundovunQaraca qız” hekayəsini, Nihad isə Ömər Qoçulunun “Nağıllar toplusunu həmyaşıdlarına bağışlamaq üçün seçim edirlər.

Rus ədəbiyyatı” bölməsində tanış olduğumuz uşaqlar isə Bakı şəhəri, 160 saylı klassik gimnaziyanın şagirdləridir. Dəstənin ən kiçiyi gimnaziyanın 3-cü sinif şagirdi, dərs əlaçısı, yanvarın sonlarında Bakı şəhəri, “Dinamoidman açıq birinciliyində cüdoçüyü-cicco üzrə çempion olmuş Əli Arzumanlı idi. O, sinif müəllimi, qrupun rəhbəri Sevda Məmmədovanın icazəsi ilə bir az irəli keçib dedi: - Yarışlar zamanı məni dəstəkləyən məktəbli yoldaşlarıma söz vermişdim, qələbə qazansam, hərənizə bir yaxşı kitab hədiyyə edəcəyəm...

Kitab hədiyyə etməyi kimdən öyrənmisən, sualına isə o, “Atamdan, həmişə ad günümdə, yaxşı oxuduğuma görə bayramlarda, idman yarışlarında mənə kitab bağışlayır. Atamın dediyinə görə, oğlanlara kitab, qızlara gül bağışlamaq ən gözəl hədiyyədir. Sevinirəm ki, Beynəlxalq Kitab Bağışlama Günündə dostlarıma, onlar rus bölməsində təhsil aldıqlarından, atamın tövsiyəsi ilə Azərbaycan yazıçılarının rus dilində nəşr edilmiş əsərlərini - Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni, Rafiq Səməndərin “Şəhidlər”ini, “Xocalı XX əsrin soyqırımı”nı, Günel Anarqızının “Qarabağ hekayələri”ni, Elxan Xəzərin “Mübariz” kitabını, Çinarə Köçərlinin “Müasir nağıllar”ını onlara hədiyyə üçün almışam”.

Günorta olmasına baxmayaraq kitab mağazasına gələnlərin sayı anbaan çoxalırdı. Mərkəzin satış üzrə icraçı direktorundan aldığımız məlumata görə, günün ikinci yarısında buraya gələnlərin , dost-tanışa kitab bağışlayanların, başqa şəhərlərə kitab hədiyyə göndərənlərin sayı daha çox olub. Onların arasında Bakı şəhəri, Heydər Əliyev adına Müasir Təhsil Mərkəzinin, Xətai rayonundakı 27, Səbail rayonundakı 6, 220, 175, Nəsimi rayonundakı 23 və 46 nömrəli orta məktəblərin şagirdpedaqoji kollektivləri xüsusilə fərqlənmişlər. Xəzər Dəniz Gəmiçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin tələbələri xarici ölkələrdə təhsil alan yoldaşlarına kitablar göndəriblər, hətta gənclərin bir neçəsi tələbə yoldaşlarına ad günü münasibətilə kitab hədiyyə etmişlər.

Dünən nəinki haqqında söhbət açdığımız “Azərkitab” Kitab Təbliğatı Mərkəzində, eləcə də Sahil bağındakı və Nizami küçəsindəki “Əli və Ninoda, Azəraycan Dəmir Yolu Vağzalının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsindəki “Kitab evim”də, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kitabxanainformasiya mərkəzində, AMEA-nın Mərkəzi Kitabxanasının binasında yerləşən “Kitab evi”ndə, Qubanov küçəsindəki “Kniqa russkiy dom” və Bakının digər mərkəzi yerlərində fəaliyyətdə olan kitab satışı mağazalarında 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü uğurla başa çatıb.

 

R.SALMANLI

 

Azərbaycan.- 2018.- 15 fevral.- S.11.