Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab
Donald Trampa
Hörmətli cənab
Prezident,
Florida ştatının
Parklend şəhərində
məktəbdə törədilmiş
silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli
hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa
diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 fevral 2018-ci il.
Azərbaycan.- 2018.- 16 fevral.- S.2.