Avropa Komissiyası "Cənub qaz dəhlizi"
layihəsinin icrasını böyük inkişaf kimi qiymətləndirir
Fevralın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının
həmsədri Maroş
Şefçoviç ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu toplantı “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə etdi.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət
Şurasının həmsədri Maroş
Şefçoviç bu
toplantıda və Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində keçirilən
əvvəlki toplantılarda iştirakından məmnunluğunu
bildirdi. Maroş
Şefçoviç layihənin
icrasında böyük inkişafın olduğunu dedi.
Azərbaycan.- 2018.-16 fevral.- S.3.