Ukrayna Milli Aviasiya Universiteti akademik Arif Paşayev kimi fəxri doktoru
olmasından qürur duyur
Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktor guşəsində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin şəkli vurulub. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında universitetin rektor vəzifəsini icra edən Vladimir İsaenko bildirib.
“Bu il universitetin yaranmasının 85 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə başlanılacaq. Ötən illər ərzində burada dünyanın 140 ölkəsindən on minlərlə mütəxəssis və magistr, minlərlə elmlər namizədi və doktoru yetişdirilib. Ukrayna Milli Aviasiya Universiteti Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev kimi fəxri doktoru olmasından qürur hissi keçirir. O, tanınmış ictimai xadim, yüksək elmi-praktiki potensiala malik alimdir, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən rəhbərdir. Universitet adından Arif Paşayevin doğum günü ilə əlaqədar təbrik məktubu göndərilib”, - deyə Vladimir İsaenko əlavə edib.
O, həmçinin bildirib ki, aviasiya sahəsində mütəxəssislərin yetişdirilməsi ənənəsini davam etdirən universitet Ukraynanın ali təhsil ocaqları arasında reytinqə görə, ilk onluqdadır. Hazırda universitetdə 55 ölkədən 25 min tələbə təhsil alır.
Ukrayna
Milli Aviasiya
Universitetində Azərbaycandan 200-ə yaxın tələbənin
təhsil aldığını vurğulayan
V.İsaenko qeyd edib ki, perspektivdə əcnəbi
tələbələrin sayının iki
dəfə artırılması planlaşdırılır.
Azərbaycan.-
2018.- 16 fevral.- S. 6.