Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”ni “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə 330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684; 2014, ¹ 9, maddə 1056; 2015, ¹ 9, maddələr 985, 996, ¹ 10, maddə 1120; 2016, ¹ 5, maddə 850, ¹ 10, maddə 1646, ¹ 11, maddə 1809; 2017, ¹ 3, maddə 356, ¹ 6, maddə 1084, ¹ 10, maddə 1785) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.19-8-ci bənd əlavə edilsin:

“8.19-8. mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirərək, onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc olunmasını təmin etmək;”.

 

İlham ƏLİYEV,                                

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il

 

Azərbaycan.- 2018.- 17 fevral.- S.1.