“Norma” operası Azərbaycan səhnəsində

 

Musiqi inciləri

 

Opera söz musiqinin, oxuma səhnə hadisələrinin, vokal instrumental ifanın vəhdətindən yaranmışdır. İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI, XVII əsrlərin qovşağında meydana gəlmişdir.

Ustad sənətkar qələminin məhsulu olan klassik operalar həmişəyaşarlıq zirvəsinə qalxmış əsərlərdir. Səhnə əsərləri, o cümlədən opera, onu dinləmək qavramaq xalqın mədəni səviyyəsinin yüksək göstəricisidir.

Kütlələrin operaya olan məhəbbəti bu janrı musiqisevərlər üçün daha populyar gərəkli etmişdi.

Azərbaycan opera teatrı yarandığı vaxtdan bu günə kimi ölkəmizin musiqi həyatının mərkəzi olaraq milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayır. Bu işdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasının da xüsusi xidmətləri var. Son zamanlar bu ali təhsil ocağının Opera studiyası bir sıra maraqlı layihələrlə (“La passione del`Opera”, “BakuOperArt”, “Kamerton s.) tamaşaçıların diqqət mərkəzində olmuşdur. Xatırladaq ki, 16 yanvar 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Opera studiyasınınBakuOperArtlayihəsinin keçirdiyi təqdimat bunun bariz nümunəsi idi.

Opera studiyasının rəhbərliyinin dəstəyi, layihənin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, professor Fəxrəddin Kərimovun başçılığı ilə böyük bir yaradıcı heyətin hazırladıqları bu layihədə məşhur operalardan parçalar tamaşaçıların diqqətinə çatdırılmış bu konsert ifaları həm səhnə tərtibatında təqdim olunmuşdu. Bu da musiqinin daha aydın obrazlı qavranılmasına gətirib çıxarmışdı.

8 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyası daha bir yeni, möhtəşəm layihəsi ilə tamaşaçıların qarşısına çıxdı. İlk dəfə olaraq məşhur italyan bəstəkarı Vinçenzo Bellininin “Norma” operasının premyerası Azərbaycanın ilk qadın opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmişdi.

Mədəniyyət Turizm Nazirliyinin bir çox xarici ölkə səfirliklərinin nümayəndələrinin iştirak etdiyi tamaşa anşlaqla keçdi.

Opera studiyasının orkestr, solist xor heyətinin birgə hazırladıqları ikihissəli bütöv tamaşanın quruluşçu dirijoru Fəxrəddin Kərimov, quruluşçu rejissoru Elvin Mirzəyev, xormeysteri xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimovadır. Opera sənətində son dərəcə çətin hesab edilən bu vokal nümunələrinin ifaçıları isə: Norma - Fəridə Məmmədova (əməkdar artist), Pollion - Adil Axundov, Adaljiza - Səbinə Əsədova (əməkdar artist), Orovezo - Anton Ferştandt (əməkdar artist), Klotilda - İslamə Abdullayeva (BMA-nın Solo oxuma fakültəsinin ikinci kurs tələbəsi), Flavio - Hidayət Əliyev (BMA-nın Solo oxuma fakültəsinin üçüncü kurs tələbəsi) idi.

Bakı Musiqi Akademiyası Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələrinin iştirak etdikləri bu opera özündə yüksək ifaçılıq məharətini əks etdirdi.

“Norma” - opera-seriya janrında olan, belkanto üslubunun tanınmış şedevridir paytaxtımızın mədəni həyatında böyük hadisədir.

“Norma” operası italyan bəstəkarı Vinçenzo Bellininin iki aktdan ibarət lirik faciəsidir. Lui Aleksandr Soumenin “Norma ya uşaqöldürənfaciəsinə yazılmış operadır. Libretto müəllifi Feliçe Romanidir. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. İlk premyerası 1831-ci il dekabrın 26-da Milanın La Skala teatrında baş tutmuşdur. Əsas partiya - ən çətin soprano repertuarlarından biridir. O zaman bəstəkar Cuditta Pastanın villasında yaşamış ona həsr etmişdir. Cuditta Pasta həmçininSomnambula”da ilk dəfə Amina obrazını canlandırmışdır.

Bu şedevrə V.Bellinini əvvəldən güclü dramatik düyün bağlayır. Görkəmli alman bəstəkarı Rixard Vaqnerin fikrincə desək, maestronun bütün əsərləri içərisində məhzNorma”da dərin reallığın, melodik zənginliyin aydın hislərin sintezinin əksi vardır.

Təbiidir ki, təqdim olunan layihənin uğur qazanması peşəkar yaradıcı heyətin olmasında idi. Onların arasında solistlər qrupunun rəhbəri konsertmeyster, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimovanın, bu ecazkar musiqiləri təqdim edən ifaçıların, onları müşayiət edən xor orkestrin böyük əməyini xüsusi qeyd etmək lazımdır. Konsertdə xor nömrələri Azərbaycan Respublikasının xalq artisti, professor Gülbacı İmanovanın rəhbərlik etdiyi xorun ifasında böyük coşqu ilə səsləndi. Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Adil Axundov Anton Ferştandtın ifalarında səslənən solo partiyalar - ariya, arietta duetlər xüsusilə diqqəti cəlb edən nömrələrdən oldu. Kütləvi səhnələr əsərin maraqlı alınmasında özünəməxsus yer tuturdu.

 

Jalə QULAMOVA,

Azərbaycan Milli Konservatoriyasının elmi katibi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2018.-17 fevral.- S.5.