İcbari
tibbi sığortanın tətbiqinə dair pilot layihənin
genişləndirilməsi və “Mingəçevir şəhərinin
və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq ölkədə tibbi xidmətlərin keyfiyyətini
daha da yaxşılaşdırmaq və müasir tələblərə
uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə
mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək
əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin
artırılmasına nail olmaq, habelə tibbi yardımın
keyfiyyətinə, pasiyentlərin hüquqlarının
qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək
istiqamətində həyata keçirilən işləri
davam etdirmək, icbari tibbi sığorta sisteminin
davamlılığını təmin etmək və tətbiqini
daha da genişləndirmək məqsədilə qərara
alıram:
1. İcbari tibbi
sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş
rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə
Mingəçevir şəhərinin və Yevlax rayonunun
inzibati ərazilərində davam etdirilsin.
2. “Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin
həyata keçirilməsi üzrə tədbirlər
planı” təsdiq edilsin (əlavə olunur).
3. Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar
pilot layihənin həyata keçirilməsi məqsədi ilə
“Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı bir sıra məsələlər barədə”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli
1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 (bir
milyon beş yüz altmış min) manat, 1.14.3.3.9-cu yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 (on
altı milyon yeddi yüz altmış min) manat İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinə
ayrılsın.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.4. “Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin
həyata keçirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi
ilə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan
əmlakın pilot layihə başa çatanadək həmin
agentliyin istifadəsinə verilməsi prosesini davam etdirsin və
görülmüş işlər barədə bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.5. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
5. İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyi:
5.1. bu fərman qüvvəyə
mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində
icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar
pilot layihənin həyata keçirilməsini təmin etsin,
habelə Mingəçevir şəhərinin və Yevlax
rayonunun inzibati ərazilərində həmin pilot layihənin
həyata keçirilməsini davam etdirsin;
5.2. “Mingəçevir şəhərinin,
Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin
həyata keçirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi
ilə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi
şəxs kimi dövlət qeydiyyatına alınması,
strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin
və idarəetmə prinsiplərinin icbari tibbi
sığortanın tələblərinə
uyğunlaşdırılması ilə bağlı tədbirlər
görsün;
5.3. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu fərmanın 3-cü hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni təmin
etsin.
7. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. “Mingəçevir şəhərinin
və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
29 noyabr tarixli 1127 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1834)
aşağıdakı dəyişikliklər edilsin:
8.1. adında, 1-ci və 2-ci hissələrdə
“və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş
rayonlarının” sözləri ilə əvəz edilsin;
8.2. 2-ci hissədən “Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında” sözləri
çıxarılsın;
8.3. 6.1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“6.1. Pilot layihənin Mingəçevir
şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə
münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş
rayonunun inzibati ərazisinə münasibətdə isə bu fərman
qüvvəyə mindiyi gündən həyata keçirilməsini
təmin etsin.”;
8.4.12-ci hissədə “Mingəçevir
və Yevlax şəhər icra hakimiyyətlərinə”
sözləri “Mingəçevir Şəhər İcra
Hakimiyyətinə, Yevlax Şəhər İcra Hakimiyyətinə
və Ağdaş Rayon İcra Hakimiyyətinə” sözləri
ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 fevral 2018-ci il
Azərbaycan.-
2018.- 18 fevral.- S.2.