Muğam ustadı

 

Səsdəki məlahət, həzinlik, kövrəklik həm ürəkdən gəlir, həm də nəfəslə cilalanır. Ona görə də insanı ovsunlayır. Burada bir ilahi eşqin sirri-sehrivar: yoxsa niyə insanı alıb aparır ruhlar aləminə?..

Haqqında söz açmağa məqam axtardığımız musiqili səsin sahibinin nəğməli nəfəsindəki qəm seli bəzən səni qabağına qatıb dərin-dərin dəryalara aparır, hərdən də əlçatmaz, ünyetməz zirvələrə pərvazlandırır.

Bax həmin səsin sahibi Arif Babayevdir ki, səsinin sehrinə düşən, muğam və segahını ana laylası kimi duyan hər kəs belə düşünür. Bu, elə-belə musiqiyə, səsə, sözə vurğunluq və məftunluq ola bilməz. Burada hikmət dolu bir aləm var: səsin cazibədarlığı, musiqinin ruhu, xanəndənin onları eyni ahəngə, zilli-bəmli pərdəyə kökləmək bacarığı və biristedaddan yoğrulmuş qabiliyyəti...

Arif Babayevin səsində, nəfəsində, avazında “Mənsuriyyə” - Qıratın üstündə cəngi-cidalda olan Koroğlunun nərəsi, “Segah zabul” - könül haraylarının pıçıltısı, “Şur” - sevənlərin intizar dolu baxışları, “Qarabağ şikəstəsi” isə taleyinə qara rəng düşən Qarabağımızın ah-naləsidir sanki.

Canlı korifeyin sənəti və sənətkarlığı onu elə sevdirib ki, bəzən yaradıcılığı, səs dünyasından kənardakı həyatı, qayğıları, problemləri ilə maraqlanmırıq. Söhbətin məcrasını özü də dəyişmir. Hiss etdirir ki, sənət dünyasının qayğıları onu daha çox maraqlandırır. Amma hər sənətkarın ucala bilmədiyi bir zirvə var ki, oranı fəth etmək üçün daşlı-kəsəkli, enişli-yoxuşlu yollardan keçilir. Arif müəllimin də ömür yolu bax beləcə - Qarabağdan, dünənki körpəlik beşiyindən - həsrətini çəkməkdən az qala gözlərinə daman Ağdamdan başlayıb.

Bəlkə də çoxlarımız fərqinə varmamışıq ki, ustad harada və nə zaman dünyaya göz açıb. Bircə bilmişik ki, o, muğamın, segahın qoynunda doğulub, həm də əsrlərin, qərinələrin yaşıdıdır. Bioqrafiyasından bəzi məqamlara diqqət çəksək görərik ki, müasirimiz olan sevimli ustad xanəndə 1938-ci il fevral ayının 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Atası İmranın da məlahətli səsi olub, amma heç vaxt xanəndəlik etməyib. Eşidənlərin xatirəsində deyilir ki, səsi atasının avazının bənzəridir.

Ağdamdakı 5 nömrəli orta məktəbi bitirdikdən sonra hərbi xidməti başa vurub. Bir müddət Ağdam Rayon Mədəniyyət evində çalışıb. Sonralar ali təhsil almaq üçün Bakıya gəlib. 1962-ci ildən həyatı paytaxta bağlanan Arif Babayevin tələbəlik illərində operaoperettalardan parçalar, eləcə də muğamlar ifa etməsi müəllimlərinin diqqətindən yayınmayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyarkən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti seçilib, iki il sonra isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına dəvət edilib.

Muğam ifaçıları həmişə ciddi və ağır təbiətli olublar. Bu fikrin təsdiqini tapmaq üçün çox uzağa getmək lazım deyil. Xan Şuşinskini xatırlamaq, onun sənətinin yaşadıcısı Arif Babayevi göz önünə gətirmək kifayətdir: “Muğamlarımızla, xalq musiqisi ilə məşğul olanların, demək olar ki, əksəriyyəti ağırtaxtalıdır: oturuşlarına, duruşlarına, el içində özlərini aparmalarına xüsusi fikir verirlər. Bir də, muğam adamın canına elə hopur ki, o özü sənin içində bir nəzarətçiyə çevrilir: hər hərəkətinə, addımına göz qoyur. Muğam elə bir xəzinədir ki, qapısı hamının üzünə açıqdır, amma hər kəs də içəri daxil ola bilmir ki...”

Xalq artisti, professor, “Şöhrət” və “İstiqlalordenli, Prezidentin fərdi təqaüdçüsü Arif Babayevin sevib-seçdiyi sənət yolu özfəaliyyətdən başlasa da, XX əsrin yarısından Qarabağ xanəndəlik məktəbinin ustadlarından biri kimi tanınıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi ustad sənətkarların ənənələrinə sadiq qalaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. Universitetdə hüquq fakültəsini yarımçıq qoyan xanəndə sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb.

 

Musiqi tarixində ilk muğam professoru

 

Azərbaycan Dövlət OperaBalet Teatrına solist kimi dəvət olunan Arif Babayev muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi yaddaqalan poetik obrazlar yaradıb. İfasında bütün muğam dəstgahları səslənib, lentə alınaraq Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxil edilib. Yaradıcılığında “Şur”, “Segahmuğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərb muğamları xüsusi yer tutur. “Segah” muğamını təkrarolunmaz üslubda oxuyan Arif müəllim həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Heydər Əliyev Fondu tərəfindən xanəndənin səs yazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albomu buraxılıb.

Arif Babayev bir çox ilklərə imza atan sənətkardır: 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. İki ildən sonra ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub. 1990-cı ildə musiqi tarixində ilk dəfə muğam professoru adını alıb. Xalq artisti, professor Arif Babayev bu gün Milli Konservatoriyanın muğam kafedrasının müdiridir.

Səsin zirvəsində fatehlər kimi əzəmətli dayanan ustad həm Şur”, “Üzeyir ömrü”, “Ver sözə ehya ki...”, “Havalansın Xanın səsi...”, “Muğamat var olan yerdəkimi sevilə-sevilə izlənən çoxmilyonlu tamaşaçının rəğbətini qazanan filmlərdə yaddaqalan obrazlar yaradıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının altı illiyi münasibətiləButasarayında keçirilən mərasimdə fondun təsis etdiyiQızıl çinarBeynəlxalq mükafatının müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qalibləri elan edilirdi. Milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə xalq artisti Arif BabayevəQızıl çinarBeynəlxalq mükafatı təqdim olundu. Ustad o zaman təşəkkürünü belə bildirdi: “Bu gün mənim həyatımda unudulmaz bir gündür. Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə qaldırmısınız. Çox sağ olun...”

Milli musiqi ifaçılığının mahir bilicisi, əslində isə ustadlarından olan Arif Babayev məlahətli səsi istedadına görə o sənətkarlar nəslinə mənsubdur ki, gəncliyindən ona olan el məhəbbətini, rəğbəti yaşada bilib: “Xalqımdan hökumətimdən çox razıyam. Mənə həmişə ehtiramla yanaşılıb. Son vaxtlar muğamlarımıza, xalq mahnılarına, onların ifaçılarına xüsusi diqqət məhəbbət göstərilir, şərait yaradılır. Bu səs deyilən varlıq, əslində, köz parçasıdır. Onun yanğısına duruş gətirmək mümkün deyil. Gör ömrün hansı pilləsinə gəlib çıxdım. Məni həm mənəvi, həm maddi cəhətdən yaşadan ucaldan muğamlarımızdır. Bunu etiraf etməkdən zövq alıram”.

Ustadın mənəviyyat abidəsi sayılan muğamlarımıza özüməxsus yanaşması var: “Muğam bizim qanımızdır, kimliyimizdir, xalqımızın taleyidir. Hər bir muğamın özünün hekayəti var. “Humayunbir hadisəni danışır, “Segahhansısa nisgili xatırladır. Muğamların hər birinin söylədiyi mətləblər var. Onlarda xalqımızın, millətimizin tarixi yaşayır. Heyratıbaşdan-başa qəhrəmanlığı tərənnüm edir. Mənsuriyyəvətən uğrunda mübarizəyə səsləyir. Muğam həm öz şirinliyinə cazibəsinə görə analarımızın laylasını xatırladır. Uşaq vaxtı mən Ağdam məscidində Mustafa adlı bir mollanın azanına qulaq asmağı çox sevərdim. Nisgilli səsi vardı. Hər dəfə ona qulaq asanda çox kövrəlirdim. Şəhərin harasına getsən, o səs eşidilirdi. Sonralar öyrəndim ki, rəhmətlikZəminxarəüstündə oxuyurmuş. Elə o vaxtdanZəminxarəmənim ürəyimi fəth etdi. Sonralar onu Bakıda mükəmməl öyrəndim, ifa etməyi sevdim”.

Ustad sevinir ki, yaxşı ulu öndərin ideya-siyasi xəttini layiqincə davam etdirən Heydər Əliyev Fondu xalqımızın bu nadir incisinə - muğamımıza sahiblik etdi. Axı muğamlarımızın tarixin arxivinə atılmasından, onun ifaçılarının üzləşdiyi problemlərdən xilas olmasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür: “Bax bu kimi nəcib xeyirxahlıq nümunəsi sayılan xidmətlərinə görə Mehriban xanımın ölkənin Birinci vitse-prezidenti seçilməsinə bütün sənətkarlar ürəkdən sevinir. Çünki Mehriban xanım Əliyeva etibar etdiyimiz şəxsiyyətdir. Bütün dünya Mehriban xanımı xeyirxah bir insan kimi tanıyır”.

 

Onun Leylisi daha nisgilli olurdu

 

Səhnədə onunla tərəf-müqabil olan Leylilər həmişə ürəkdən etiraf ediblər ki, Arif müəllimin Məcnunu bənzərsiz olub. Rübabə Muradova xüsusən Əbülfət Əliyevə Arif Babayevə Leyli olmağı çox sevərmiş. Fikrində bunu ifadə edib: “Arifin səsindəki yanğı içimdəki közü həmişə tərpədib. Mən Leylilərimi məhəbbətlə, sevərək yaratmışam. Amma Ariflə səhnədə olanda mənim Leylim daha nisgilli yanıqlı alınırdı”.

Muğamla bağlı keçirilən müsabiqələrdə münsif kimi iştirak edən ustad gənclərə doğru istiqamət verir. Özü ustad gördüyündən tələbələrinə də bu sənətin sirlərini kamil öyrədir. O, vaxtilə Seyid Şuşinski, Bəhram Mansurov, Qurban Pirimov, Zülfi Adıgözəlov, Rübabə Muradova, Sara Qədimova... kimi böyük sənətkarları ilk dəfə filarmoniyada görüb. Onların ruhu dolaşan musiqi ocağında isə ustad özü bu gün muğam ifaçılarının yeni nəslinə xeyir-dualar verir.

Arif Babayevin oxuduğu bütün muğamxalq mahnıları, xüsusən “Segahonun nəfəsində özgə cür səslənir. Xan ŞuşinskiQarabağ şikəstəsi”inə, Fatma Mehrəliyeva “Kəsmə şikəstə”yə, Rübabə Muradova “Heydərbabaya salama, Yaqub Məmmədov “Mənsuriyyə”yə, Qədir Rüstəmov “Sona bulbullər”ə, Sara Qədimova “Qatara, Arif Babayev isə “Segaha özünün səs möhrünü vurmayıbmı?..

Azərbaycanda xalq musiqisinə, muğamsegaha son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı ustadı çox sevindirir, sanki onun arzuları ömrünün ixtiyar çağlarında olsa da, çiçək açır: “Ulu öndər həmişə sənət adamlarına öz hörmətini bildirər, mədəniyyətimizə qayğı ilə yanaşardı. İndibu layiqincə davam etdirilir. Vaxtilə bizə xəyal kimi gələrdi ki, görəsən, Bakıda muğam mərkəzi yaratmaq olar? Sağ olsun, dövlətimiz, paytaxtımızın görkəmli yerində bir möhtəşəm sənət ocağını bizlərə hədiyyə etdi: Beynəlxalq Muğam Mərkəzi yaradıldı. Keçirdiyim hissləri ifadə edə bilmirəm. Muğamlarımıza heç vaxt bugünkü qədər çox qayğı göstərilməyib. Sənətkarlarımızın kompakt diskləri təmizlənib fondda saxlanılmamışdı. Böyük sənətkarların gücü, tarixdə qalma imkanı həmin o kompakt disklərdədir. Muğamlarımız haqqında heç vaxt - istər əcnəbi, istərsə də öz dilimizdə bu qədər yazı yazılmayıb. Demək olar ki, bütün dünya bizim muğamımızla maraqlanır. Belə olmasa, UNESCO-da tar ifamıza, səsimizə ayrıca yer ayrılmaz ki... Böyük zirvədir bu”.

Musiqisöz sənəti xalqımızın İlahi tərəfindən bəxş edilən mənəvi sərvətidir. Zaman-zaman onun zirvəsini fəth edənlər mədəniyyət və incəsənətimizin tarixinə adlarını qızıl hərflərlə həkk etdiriblər ki, onlardan biriömrünün səksəninci fəslində də gənclik təravətli avazı ilə muğam və segahlarımızı bizə könül sovqatına çevirən canlı korifeyimiz Arif Babayevdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2018.- 20 fevral.- S.7.