Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir. Qədim türk sözü olanxocadan yaranıb və türkdilli xalqların dilində hörmətli, möhtərəm, müqəddəs sayılan şəxslərə deyilib. Ona görə orta əsr mənbələrində Xocalı “müqəddəs yurdda adlandırılıb.

Bu kimi tarixi faktları özündə qoruyub saxlayan Xocalıya məxsus maddi-mədəniyyət nümunələri isə sovetlər dövründən Azərbaycandan çox-çox uzaqlarda - Moskva, Sankt-Peterburq, London, Paris, Drezden kimi dünyanın məşhur muzeylərinin eksponatlarına çevrilib”.

Xocalı Rayon İcra Hakimiyyətinin İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Lamiyyə Qarayeva deyir ki, dünyada faciələr az yaşanmayıb. Lakin Xocalıda törədilən vəhşiliklərlə müqayisə ediləsi deyillər. Çünki o gecə Xocalıda mənəvi dəyərlərə zidd olan qətl və zorakılıq kimi qeyri-insani cinayət əməlləri törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bu yurdda yüzlərlə əliyalın, müdafiəsiz insan erməni işğalçılarının amansız hücumuna məruz qalaraq məhv edildi: “... O gecə amansızcasına qətlə yetirilənlərdən biriatam Yusif oldu. Dəhşət bu idi ki, kimsəyə belə - qocalara, uşaqlara, hətta hamilə qadınlara rəhm edilmədi. Qətlə yetirilənlərin meyitləri üzərində ağıla sığmayan vəhşiliklərin izləri var idi. Bu vandalizmin zillətindən baş götürüb qaçmaqlasağ qalan” xocalılılar tarixi torpaqlarında ya girov götürülərək minbir əzab və işgəncəyə məruz qaldılar, ya da ki, o müdhiş gecədən salamat çıxmaq üçün amansız qış gecəsinin onlara yaşatdığı müsibətlərə dözərək düşmən əsarətindənsə, qar-boranda, şaxtada donub ölmək yolunu seçdilər. Sonra isə vətəndə vətənsizlik, qaçqınlıq-köçkünlük, yurdsuzluq ağrıları yaşamağa məhkum edildilər”.

Xocalının maddi-mədəniyyət abidələri və onların Azərbaycan tarixindəki əhəmiyyətini xatırladan Lamiyyə Qarayeva onu da dedi ki, rayondakı ən qədim abidələr Azərbaycan tarixində Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır. Memarlıq abidələri içərisində Son Tuncİlk Dəmir dövrünə aid nekropol, Kurqan çölü şəhərin ərazisində yerləşməklə yanaşı, eramızdan əvvəl XIII-VII əsrlərin Xocalı-Gədəbəy mədəniyyətinin ilk nümunələrini təşkil edir. Tədqiqatçılar tərəfindən Xocalıdakı tarixi mədəniyyət abidələri araşdırılan zaman onların daha çox yığcam ərazidə kompleks şəkildə yerləşməsi, həmçinin onların fərqli xüsusiyyətlərinin olduğu müəyyənləşib. Aşkar olub ki, Xocalı abidələrini başqalarından fərqləndirən xüsusiyyət onların tipoloji müxtəlifliyidir. Arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri isə zənginliyi və qeyri-adiliyi ilə seçilir.

Xocalıdakı abidələr kompleksi Qafqazın eyni dövrə aid digər tarixi yadigarların xronoloji çərçivəsinin dəqiqləşdirilməsi üçün etalon rolunu oynayıb. Eramızdan əvvəl II-I minillikləri əhatə edən Xocalı abidələr kompleksinin ətrafı müdafiə divarları ilə möhkəmləndirilib, yaşayış yerlərindən, istehsal ocaqlarından, siklop tikililərdən, kurqan, daş qututorpaq qəbirlərdən ibarət olub. Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin eramızdan əvvəl XIV əsrdən başlayaraq VII əsrə qədər üç inkişaf mərhələsi keçdiyini müəyyən ediblər. Ən böyük memarlıq abidələrindən olan və silsilə şəkilli hündür torpaq təpə qəbirlərdən ibarət Kurqanlar çölü Xocalı şəhərindən Xankəndi istiqamətində yerləşib. Kurqanların tədqiqi nəticəsində məlum olub ki, həmin dövrdə Qarabağ əhalisinin həyatında sənətkarlığın iki böyük sahəsi - dulusçuluq və metalişləmə mühüm yer tutub.

Həmçinin Xocalıdan Kətik meşəsi, Qarqar çayı istiqamətində Çınqıl çölü adlanan yerdə daş qutu qəbirlərdən və kurqanlardan ibarət Son Tunc, İlk Dəmir dövrünə aid arxeoloji abidələr aşkar edilmişdi. Bu abidələr müxtəlif vaxtlarda yadellilər tərəfindən həmin daş qutularda axtarışlar aparılan zaman oradan tuncdan hazırlanmış döyüş silahları və bəzək əşyaları tapılıb. Ermənilər bu abidələri də tar-mar edib, dağıdıblar.

Xocalı ərazisində qeydə alınan ən böyük tarixi abidə isə Əsgəran qalasıdır. İki istehkamdan ibarət bu qala XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən düşmənlərdən müdafiə məqsədilə tikilən qala strateji yerdə olmaqla yanaşı, Qarqar çayının sağsol sahillərini, eləcə də Bozdağla Kətik meşəsini bir-biri ilə bağlayıb. Birinci Rusiya-İran müharibəsi zamanı (1804-1813-cü illər) rus qoşunlarının düşərgəsi Əsgəran qalasının yaxınlığında yerləşib. Onların arasında sülh müqaviləsi də 1810-cu ildə bu qalada bağlanıb.

Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmışlar. Ümumiyyətlə, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişlər. Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki onların dəyəri heçmaddiyyatla ölçülə bilməz, mənəvi sərvət kimi daha qiymətlidirlər. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunub. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına milyardlarla ABŞ dollarından çox ziyan dəyib.

Xocalının tarixi ulu, mədəniyyəti isə çox zəngin olan bir yaşayış məskəni kimi tanınırdı. Vandalizm siyasəti yürüdən ermənilər tariximizi və mədəniyyətimizi yer üzündən silməyi qarşılarına əsas məqsəd qoyublar. Yandırılıb külü göylərə sovrulan, bizim e.ə. XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələri - məhvə məhkum edilən sərvət yalnız son illər orada salınan yeni şəhər deyildi, həm də Xocalının tarixini və mədəniyyətini, daha doğrusu, sivilizasiyaları qovuşduran maddi-mədəniyyət nümunələri idi. Əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olan bu şəhərdə toxuculuq fabriki, 2 orta və 2 səkkizillik məktəb fəaliyyət göstərib.

Xocalı ərazisində vaxtilə mövcud olmuş, lakin iyirmi altı il ərzində talan edilərək yer üzündən silinmiş tarixi, dini maddi-mədəniyyət abidələrimizə bir daha nəzər salmaqla, vandalizm siyasətinin nə ilə nəticələndiyini ifadə edə bilərik. Xocalı şəhəri və Əsgəran dağındakı Tunc dövrü daş qutu, Xankəndidən cənubdakı İlk TuncOrta Tunc dövrünün nekropolları, Xocalı kurqanları, ilk orta əsrlərə aid küp qəbirləri, Dəmir dövrünün yadigarlarından olan abidələr, həmçinin Xaçınçay nekropolu - İlk TuncOrta Tunc dövrün yadigarı (Seyidşən kəndindən şimal-şərqdə), Armudlu kəndindən 2 km. İlis kəndinə tərəfdəki küp qəbirlər, Armudlu kəndindən 15 km. aralı, İlis çayının sahilindəki nekropol, Şuşa kəndi, eləcə də Çanaqçı, Xansıx, Xaçmaz, Badara, Daşbaşı, Xanabad, Əsgəran... yaşayış məntəqələri ərazisindəki qədim qəbiristanlıqlar, 905-1202-ci illəri əhatə edən alban məbədləri, orta əsrlərə məxsus Qırxlar qalası, məbəd kompleksi, Əsgəran və Aslan qalası kimi tarixin yaşıdları tamamilə saxtalaşdırılıb, dünyaya erməni abidələri kimi təqdim olunub.

Xocalı ərazilərindəki maddi-mədəniyyət abidələrinin yerlə yeksan edilməsini təsdiqləyən faktlar bir daha göstərir ki, düşmən çox məkrli, qorxunc və iyrənc siyasətlə tariximizi saxtalaşdırmaq yolu seçib. Yalnız Xocalının deyil, həmçinin işğal altında qalan rayonların ərazilərindəki maddi-mədəniyyət abidələrinə göstərdikləri qeyri-insani münasibət bunu bir daha təsdiqləyir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 21 fevral.- S.7.