Azərbaycanda bu gün multikulturalizm və tolerantlıq hökm sürür
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün
çox yaxşı şəraitin yaradıldığını
qeyd edərək, bunun digər ölkələrə də
nümunə olduğunu
vurğuladı.
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşlərin ənənəvi xarakter daşıdığını bildirən Prezident İlham Əliyev bu görüşlərin səmərəli olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkəmizdə digər xalqların və icmaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələrinin də azad və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin təmin edildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, yəhudi icmasının nümayəndələri Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər və ölkəmizin inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər. Dövlətimizin başçısı bu gün Azərbaycanda multikulturalizmin və tolerantlığın hökm sürdüyünü və bu mühitin ölkəmizdə yaşayış norması olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olundu.
Azərbaycan.- 2018.-27 fevral.- S.1.