Azad və demokratik inkişafı əks
etdirən hesabat
Vətəndaş
müraciətlərinə diqqətlə yanaşılır
Ölkəmizin sosial-iqtisadi həyatında baş verən sıçrayışlı inkişaf, demokratiyanın bərqərar olması və daha da inkişaf etdirilməsi istiqamətində atılan müsbət addımlar böyük əhəmiyyətə malikdir. Bu baxımdan müstəqilliyinə qovuşma dövrünün müddət azlığına baxmayaraq, Azərbaycan böyük uğurlara imza atıb. Əldə olunan nailiyyətlər miqyasına görə olduqca geniş və çoxşaxəlidir.
Bunun da çoxsaylı səbəbləri arasında ən mühüm amillərdən biri kimi ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri heç zaman unudulmamalıdır. Onun Azərbaycan üçün açdığı yeni era, yeni tarixi şərait bu məkanda bütün fəaliyyətlərin şəffaflığına və bir xətt üzrə inkişafına dəstək verdi.
Bir sözlə, təməlin mükəmməlliyi, atılan bütün addımların “yüz ölç, bir biç” prinsipinə əsaslanması son nəticədə öz sözünü dedi. Dövlət siyasətinin düzgünlüyü, bəşəriliyi gənc Azərbaycan dövlətinin inkişafda olan dünya ölkələrinə inteqrasiya olunmasına əsaslı təkan verdi.
Arxada qalan 26 illik müstəqillik tariximizə nəzər salanda şübhəsiz ki, keçilən yolun heç də hamar olmadığını görürük. Keçilən yolda uğurlar da olub, taleyüklü problemlər də... Ümumilikdə isə qazanılan uğurlardan qaynaqlanan sevincli günlərimiz daha çoxdur. Bu da heç şübhəsiz ki, xalqın öz taleyini, müqəddəratını daha layiqli şəxslərə etibar etməsindən qaynaqlanır.
Ölkə rəhbərinin demək olar ki, bütün çıxışlarında “hər bir məmur xalqın xidmətçisi olmalıdır” fikri qırmızı xətt kimi keçir. Bütün əməli işlərdə, fəaliyyətlərdə müşahidə olunan nümunələr deyilənləri təsdiqləyir. Məhz elə bunun nəticəsidir ki, hazırda aparılan siyasət təkcə ölkəmizdə deyil, inkişaf etmiş dünya ölkələrində, nüfuzlu beynəlxalq təşkilatlarda da qəbul olunur. Eyni zamanda müxtəlif sahələr üzrə reytinq cədvəllərində Azərbaycanın üst pillələrdə yer aldığını görürük.
Sözsüz ki, dövlət siyasətindəki sağlam düşüncəyə əsaslanan idarəçilik nümunəsi birmənalı şəkildə bütün məmurlara, o cümlədən icra strukturlarının rəhbərlərinə daha çox şamil olunmalıdır. Elə olan halda istənilən struktur vətəndaş tərəfindən rəğbətlə qarşılanacaq, onun fəaliyyəti ilə bağlı müraciət və şikayətlər də minimum səviyyəyə düşəcək.
“Azərbaycan” qəzetinin 13-14 fevral 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir” başlıqlı elmi-publisistik yazıları təkcə icra başçısı kimi deyil, həm də bir alim kimi məni çox razı saldı. Bu yazılarda ölkənin sürətli sosial-iqtisadi inkişafı və genişmiqyaslı islahatların gətirdiyi yüksəliş, ölkə başçısının xalqın xidmətçisi olmaq tapşırığının yerlərdəki məmurlar tərəfindən icra vəziyyəti obyektiv qiymətini alıb. Azərbaycanın azad və demokratik inkişafından xalqın rifahının durmadan yüksəldiyi konkret nümunələr əsasında təhlil edilib.
Bu yazılarda İsmayıllı rayonunda görülən işlərin bir neçə məqamda müsbət qeyd olunması, nöqsanlar sırasında adımızın olmaması rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb, əhalinin xidmətində olan yerli məmurları bir qədər də fəallaşdırıb. 2017-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinə 1412 vətəndaş müraciəti, Prezident Administrasiyasından və digər qurumlardan baxılmaq üçün 364 məktub daxil olub. Əvvəlki illə müqayisədə rayon icra hakimiyyəti başçısının aparatına daxil olmuş müraciətlərin sayı 49 ədəd, Prezident Administrasiyasından və digər qurumlardan daxilolma isə 1 ədəd azalıb.
272 nəfər vətəndaşın ərizəsi rayon icra hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunub və onlara 51 min 410 manat yardım göstərilib. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlardır.
Daxil olan müraciətlərin 1220-si ərizə, 183-ü şikayət, 9-u təklif olub. Şikayət ərizələri ümumi ərizələrin 12,9 faizini təşkil edib.
Ötən il 2197 nəfər vətəndaş icra hakimiyyətində qəbulda olub. Onlardan 980 nəfərini RİH başçısı, qalanını isə RİH başçısının müavinləri, şöbə müdirləri qəbul ediblər.
İcra hakimiyyətinin başçısı tərəfindən yerlərdə 76 səyyar görüş-qəbul keçirilib. Qəbullarda 3979 nəfər iştirak edib. 451 nəfər rayon icra hakimiyyətinin başçısına müraciət edərək 602 məsələ barəsində fikirlərini bildiriblər.
Ümumilikdə son illər Azərbaycanın digər bölgələri ilə yanaşı İsmayıllıya da verilən dövlət dəstəyi bütün sahələrə əhəmiyyətli təsirini göstərməkdədir. Görülən işlər, reallaşdırılan layihələr perspektivə hesablandığından rayonda iqtisadi fəallıq xeyli artıb. Bu da öz növbəsində insanların güzəranına, maddi rifah halının daha da yaxşılaşmasına təsirini göstərməkdədir.
Bu diqqət və qayğının nəticəsidir ki, rayonumuzda əhalinin maddi rifah halı, məişət şəraiti davamlı olaraq yaxşılaşır. Şəhər, qəsəbə və kəndlərimiz abadlaşır, təhsil keyfiyyətcə ilbəil yüksəlir, yeni-yeni iş yerləri açılır, məktəblər, uşaq bağçaları tikilir, magistral və kəndarası yollar çəkilir. Əhaliyə xidmət müəssisələrinin sayı və iş keyfiyyəti də yüksələn xətt üzrə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı layihələr hazırlanarkən ilk növbədə yerdə təhlillər aparılır, sakinlərin optimal və işin xeyrinə olan təklifləri nəzərə alınır, maliyyə mənbə və imkanları, resurslar müəyyənləşdirilir.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı təmir və yenidənqurmadan sonra ən müasir müalicə vasitələri və diaqnostika aparatları ilə təmin edilib. Burada dializ şöbəsi açılıb. Lahıc qəsəbəsi və İvanovka kəndində xəstəxana, Tircan və Topçu kəndlərində müasir həkim məntəqəsi istifadəyə verilib. Müalicəvi əhəmiyyəti olan “Bədo” bulağının yaxınlığında eyni adlı sanatoriya-bərpa mərkəzində tikinti işləri yekunlaşıb. Hazırda təchizat və kadr məsələləri həll olunur.
Təhsilin fasiləsizliyində birinci pillə olan uşaq bağçaları şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqətlə yanaşılır. Q.Aslanov küçəsində 140 yerlik uşaq bağçası - körpələr evi tikilib, Təbriz küçəsindəki 40 yerlik uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra 100 yerliyə çatdırılıb, Sumağallı kəndində 40 yerlik uşaq bağçası körpələrin ixtiyarına verilib. Yeni uşaq bağçalarının açılması həm ailələrə kömək, həm də yeni iş yerləri deməkdir. Bu məqsədlə digər xidmət sahələrinin inkişafına, müasirləşməsinə, yenilərinin tikilməsinə rayon icra hakimiyyətinin rəhbərliyi diqqətlə yanaşır. Heydər Əliyev prospektindəki uşaq-əyləncə parkına körpəsini gətirən valideyn xoş istirahətdən sonra razılıqla ayrılır.
M.F.Axundov küçəsində 3 doqquzmərtəbəli, Nizami Gəncəvi küçəsində 2 beşmərtəbəli yaşayış binası tikilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsaitə 26 çoxmərtəbəli yaşayış binası təmir edilib, həyətləri abadlaşdırılıb, dam örtükləri dəyişdirilib. Yerli imkanları da işə salmaqla təmir edilən binaların sayı 36-ya çatdırılıb. Heydər Əliyev prospektində inşa olunan beşmərtəbəli üçulduzlu hotel də 2018-ci ilin buraxılış obyektləri sırasındadır.
Şəhərin Günəşli qəsəbəsində “Azərxalça” ASC-nin işə başlayan xalça fabrikində toxucuların sayı 170-ə çatacaq. Xanagah kəndi yaxınlığında layihə gücünə çatmış dam örtükləri və tikinti materialları zavodu rayon sakinlərinin fərdi ev tikmək imkanlarını artırıb.
İsmayıllı
Dövlət Humanitar və Texnologiya Kolleci rayona yeni bir
coşqun gənclik həyatı gətirib.
Orta ixtisas təhsilinə
yiyələnmək üçün
İsmayıllı gənclərinin indi başqa şəhərlərə getməyə
ehtiyacı yoxdur. Bu tələbat
elə rayonun özündə təmin olunur və hətta başqa
bölgələrdən bura təhsil almağa gəlirlər. Kollecə verilmiş bina müasir formada təmir olunub, yeni laboratoriya və auditoriyalar yaradılıb. Bütün istiqamətlərdə insan faktoruna həssas yanaşılmasının,
sakinlərin qayğı
ilə əhatə olunmasının, onların
sosial həyatına diqqət və nümunəvi xidmətin şahidi oluruq. Çoxsaylı şəhərdaxili, kəndarası yollarda görülən işlər,
aparılan abadlıq tədbirləri haqqında
çox yazılıb.
Konkret olaraq 2 magistral yolla bağlı fikrimi bildirmək istəyirəm. İsmayıllı-Qaraməryəm, İvanovka-Hacıhətəmli-Mollaisaqlı
yollarının çəkilməsi
ilə əlaqədar
zamanında müvafiq
təşkilatlara çoxsaylı
müraciətlər edilsə
də, konkret nəticə olmamışdı.
Lakin dövlət dəstəyi
sayəsində hər
iki magistral yol çəkilib. İnsanlar rahatlığına qovuşub,
avtonəqliyyat vasitələri
isə təhlükəsiz
hərəkət imkanı
qazanıblar.
Mövcud digər müəssisələrlə
yanaşı, velosiped
istehsalı zavodu və İsmayıllı tikiş fabriki rayonun sənaye potensialını və maliyyə imkanlarını
artırıb. İş axtaran rayon sakinləri
müraciətlərini belə
müəssisələrə ünvanlayırlar.
Bir daha əminliklə qeyd etmək istərdim ki, dövlət siyasətinə
uyğun olaraq bütün sərəncam,
tapşırıq, tövsiyə
və göstərişlər
İsmayıllıda məsuliyyətlə
icra olunur. Nəticə
də məhsul bolluğuna, yeni iş yerlərinin açılmasına və
əhalinin sosial həyatının yaxşılaşmasına
gətirib çıxarır.
Vətəndaş da ehtiyacları,
təklifləri, istək
və arzuları ilə rayon rəhbərliyinə
müraciət etməyi
məqsədəuyğun sayır.
Kənd təsərrüfatı sahəsindəki
inkişaf da məhz belə yanaşmanın nəticəsidir. Bu sahədə konkret görülən işlərə
nəzər yetirsək,
real nəticələrin olduğunu
görərik. Sual oluna
bilər ki, bəs hansılardır o nəticələr? Ən yaxın
perspektivdə Keyvəndi
kəndində 1500 başlıq
heyvandarlıq kompleksi
istifadəyə veriləcək.
Kürdmaşı kəndində 1000 hektarı əhatə edəcək aqropark, istehsal və emal təyinatlı aqrokompleks istifadəyə
hazırlanır. Qubaxəlilli kəndində fəaliyyət
göstərən fermer
Müşfiq Həsənov
hər hektardan 50 sentner taxıl götürüb. 2017-ci ildə rayon üzrə
106 min ton dənli bitkilər
məhsulu istehsal olunub. Tütünçülük və baramaçılıq
bərpa edilib. Diyallı bələdiyyəsi ərazisində
4 hektarda giləmeyvə
istehsalı üçün
istixana kompleksi istifadəyə verilib.
Təbii ki, İsmayıllıda görülən və icra vəziyyətində olan işlərin siyahısını bir qədər də uzatmaq olar. Lakin məsələnin
mahiyyətindən çıxış
edərək o nəticəyə
gəlirəm ki, mütləq əhaliyə
obyektiv və ədalətli yanaşma olmalıdır. Konkret desək,
yerli rəhbərlər
hər bir sakinin həyatı üçün özünü
məsul bildikdə sabitlik yaranır, razılıq artır, vaxt və imkan
yazışmalara yox, işə yönəlir.
Mirdaməd SADIQOV,
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı, əməkdar elm xadimi
Azərbaycan.-
2018.- 18 fevral.- S.4.