2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən
irəli sürülmüş Fərəc
İbrahim oğlu Quliyevin namizədliyinin irəli sürülməsinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 4/27
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli
Dirçəliş Hərəkatı
Partiyası Ali Məclisinin
2018-ci il 12 fevral tarixli iclasının 19/1 saylı qərarı ilə həmin partiyanın sədri Fərəc İbrahim oğlu Quliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli
sürülməsinin təsdiq
edilməsi üçün
sənədlər 2018-ci il
fevralın 12-də partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən
Mərkəzi Seçki
Komissiyasına təqdim
edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin
təsdiq edilməsi üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 52-ci, 54-cü və
180.1-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
namizədliyi Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən
irəli sürülmüş
Fərəc İbrahim
oğlu Quliyevin namizədliyinin irəli sürülməsi təsdiq
edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2018
Azərbaycan.- 2018.- 18 fevral.- S.5.