2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Müasir
Müsavat Partiyası tərəfindən
irəli sürülmüş Hafiz Ələmdar oğlu
Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 4/31
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası Siyasi Şurasının 2018-ci il 10 fevral tarixli iclasının 1 saylı qərarı ilə həmin partiyanın sədri Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 13-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 52-ci, 54-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2018
Azərbaycan.-
2018.- 18 fevral.- S.5.