2018-ci il aprelin
11-nə təyinedilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
4/32
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə
Heyətinin 2018-ci il 12 fevral tarixli iclasının 2 və 3
saylı qərarları ilə səlahiyyətli nümayəndə
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin edilmiş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədlər
Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və
maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndə:
Elçin Əbdülrəhim
oğlu Mirzəbəyli
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
İlqar Əlixan oğlu Məmmədxanov
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2018
Azərbaycan.-
2018.- 18 fevral.- S.5.