2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi təsdiq olunmuş Razi Qulaməli oğlu Nurullayevin səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
4/34
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi
təsdiq olunmuş Razi Qulaməli oğlu Nurullayev səlahiyyətli
nümayəndələr təyin etmiş və həmin
şəxslərin qeydə alınması üçün
müvafiq sənədləri Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci,
28.4-cü və 53-cü maddələrinə əsasən
qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Rafiq Niyazi oğlu Daşdəmirov və Mehriban İbrahim
qızı Sadıqova Azərbaycan Respublikasının Prezidentliyinə
namizədliyi təsdiq olunmuş Razi Qulaməli oğlu
Nurullayevin səlahiyyətli nümayəndələri kimi qeydə
alınsınlar.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2018
Azərbaycan.-
2018.- 18 fevral.- S.5.