2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi təsdiq olunmuş Elşən Şirzad oğlu Həsənovun səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 4/35

 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq olunmuş Elşən Şirzad oğlu Həsənov səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Telman Baba oğlu Nurullayev Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq olunmuş Elşən Şirzad oğlu Həsənovun səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

17.02.2018

 

Azərbaycan.- 2018.- 18 fevral.- S.5.