2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Sosial Demokrat
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 4/36
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası Mərkəzi Komitəsi Plenumunun 2018-ci il 12 fevral tarixli iclasının 2 saylı qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Sevda Xanhüseyn qızı Əliyeva
Arzu Xanhüseyn qızı Əliyeva
Mətanət Nurəddin qızı Əliyeva
Xanhüseyn Gülhüseyn oğlu Əliyev
Təhməz İzzət oğlu Məmmədov
Yaşar Sərdar oğlu Əsədov
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rauf Rafiq oğlu Babayev
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.02.2018
Azərbaycan.-
2018.- 18 fevral.- S.5.