2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 4/37

 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası Siyasi Şurasının 2018-ci il 10 fevral tarixli iclasının 2 və 3 saylı qərarları ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən  qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndə:

Könül Vaqif qızı İsmayılova

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Əli Şəmistan oğlu İmanov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

17.02.2018

 

Azərbaycan.- 2018.- 18 fevral.- S.5.