İran İslam
Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən
Ruhaniyə
Hörmətli
cənab Prezident,
Ölkənizdə
sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində
çoxsaylı insan tələfatı xəbəri məni
olduqca kədərləndirdi.
Baş
vermiş bu faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına,
bütün İran xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə
başsağlığı verirəm.
Allah
rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 fevral
2018-ci il.
Azərbaycan. -
2018.- 20 fevral.- S.1.