Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Talassemiya
ilə mübarizəyə dair 2015-2020-ci
illər üçün Dövlət
Proqramı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 176) ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın 5.2.1-ci və 5.4.2-ci yarımbəndlərindən “Respublika” sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral
2018-ci il
Azərbaycan.- 2018.-20 fevral.- S.2.