Xocalı soyqırımının ildönümü ilə əlaqədarUşaqlar müharibəmövzusunda tədbir keçirilib

 

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 19-da Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı iləUşaqlar müharibəmövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcəUşaqlar müharibəadlı sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə azərbaycanlı ölkəmizdə təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları iştirakçılara çatdıraraq, bu istiqamətdə mütəmadi şəkildə tədbirlərin keçirilməsini arzu etdiklərini diqqətə çatdırıblar.

“XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir”, - deyən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xalqının son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb. O deyib: “Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə vəhşiliyə hazır olduğunu nümayiş etdirir”.

Komitə sədri qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondu onun prezidenti Mehriban Əliyevanın, eləcə Fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Fondu artıq dünyanın 70-dən çox ölkəsində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirib.

Hicran Hüseynova rəhbərlik etdiyi qurum tərəfindənMüharibə uşaqların gözü iləadlı kataloqun, Azərbaycan ingilis dillərindəUşaqlar müharibənin günahsız qurbanlarıdırkitabının nəşr edildiyini vurğulayıb. “Bu kitabı hazırlayan zaman apardığımız dəqiq araşdırmalar nəticəsində bəlli oldu ki, Xocalı soyqırımı zamanı həlak olan uşaqların sayı altmış üç yox, yetmiş altıdır. Baxmayaraq ki, artıq iyirmi dörd ildir atəşkəs rejimi elan olunub, bu rejim Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə pozulur. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir”, - deyə komitə sədri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Bəxtiyar Əliyev Nazirlər Kabinetinin əməkdaşı Musa Ələkbərov tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, heç bir rəhmli insan hər hansı bir uşağın, - istər azərbaycanlı olsun, istərsə digər millətin nümayəndəsi, - müharibədən əziyyət çəkməsini istəməz. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Bu uşaqlardan ən balacası iki yaşlı Zəhra Quliyevadır.

 

Azərbaycan. - 2018.- 20 fevral.- S.5.