Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə
Şurasının üzvlərinin təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:
Ramiz Mehdiyev - Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri
Zeynal Nağdəliyev
- Azərbaycan Respublikası
Prezidentinin Ərazi-təşkilat
məsələləri üzrə
köməkçisi - şöbə
müdiri
Süleyman İsmayılov
- Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Sənədlərlə və
vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri
Şahin Əliyev
- Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin
müdiri
Tələt Məcidov
- Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Dövlət qulluğu
və kadr məsələləri şöbəsinin
müdiri
Urxan Ələkbərov
- Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru
2. Bu sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 21 fevral.-
S.2.