Avropa gələcək enerji təhlükəsizliyində Azərbaycan qazına güvənir

 

“Cənub qaz dəhlizi” layihəsi uğurla başa çatmaq üzrədir

 

Azərbaycan təkcə neftlə tanınmır. YurdumuzunOdlar diyarı” kimi tanınmasını bu gün bütün dünyanın ehtiyac duyduğu təbii qazla zənginliyimiz tamamlayır. İndi respublikamız özünün enerji siyasətini neftlə yanaşı, həm də qaz amili üzərində qurmaqla regionu və Avropanı daim düşündürən enerji təhlükəsizliyi məsələsində əsas tərəfdaş kimi çıxış edir.

 

Xəzərlə Avropanı birləşdirən qaz kəməri

 

Xatırladaq ki, hələ 1999-cu ildə Xəzərin Azərbaycan sektorundaŞahdənizqaz yatağının kəşfi buradan hasilatın başlaması ölkəmzin enerji təhlükəsizliyinin tam təmin olunması ilə yanaşı, dünya enerji bazarında böyük hadisəyə çevrilmişdi. 2010-cu ildə “Ümid” yatağında, 2011-ci ildə “Abşeronblokunda aparılan qazma və kəşfiyyat işləri nəticəsində böyük qaz ehtiyatının aşkarlanması ölkəmizin böyük həcmdə təbii qaza sahib olduğunu bir daha təsdiq etdi. Bütün bunlar ilk növbədə Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunmuş informasiyalara son qoymaqla yanaşı, gələcəkdə respublikamızın qaz ixracının artacağından xəbər verdi.

2014-cü ildə isə Azərbaycanın enerji siyasətində yeni dövrün başlanğıcı qoyuldu. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimi keçirildi. Bundan əvvəl, yəni 2013-cü ilin sonlarında isə Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi. Bakıda “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. Qeyd etdiyimiz kimi, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunubburadan birinci mərhələ çərçivəsində 2006-cı ildən Gürcüstana və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində isə təbii qaz “Cənub qaz dəhlizi” vasitəsilə Avropa bazarlarına çıxarılacaq. Bunun üçün isə mövcud infrastruktur genişləndirilir və yeni boru kəmərləri inşa edilir. Dörd hissədən ibarət “Cənub qaz dəhlizi” layihəsinin iki seqmenti birbaşa Azərbaycanı əhatə edir. Bunlardan biri “Şahdəniz-2” yatağıdır. Hasilata başlanılması üçün yatağın işlənilməsinin 99 faizi yerinə yetirilib.

“Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstana və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi isə layihənin digər tərkib hissəsidir. Artıq burada da işlərin 95 faizi tamamlanıb.

Transanadolu Boru Kəməri (TANAP) “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. 2012-ci il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o dövrdə Baş naziri olan Rəcəb Tayyib Ərdoğan arasında TANAP kəmərinin inşasına dair hökumətlərarası saziş imzalanıb. TANAP-ın illik ötürücülük qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb. “Cənub qaz dəhlizi”nin əsas sütunlarından olan TANAP-da da işlərin 95 faizi yerinə yetirilib və artıq sınaq məqsədilə kəmərə qaz vurulur.

Transadriatik Boru Kəməri (TAP) isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Uzunluğu 878 kilometr olacaq TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. Burada da işlər 70 faizədək yerinə yetirilib.

 

Cənub qaz dəhlizi”nin Avropa üçün əhəmiyyəti gələcəkdə daha da artacaq

 

Bu layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə yeni elementlər gətirəcək. Çünki “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, çoxsaylı istehlakçıları sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, yerlərinin açılmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Avropa İttifaqı, həm beynəlxalq maliyyə təşkilatları, o cümlədən Amerika Birləşmiş Ştatları bu layihəyə maraq göstərir, dəstəklərini ifadə edirlər. Fevralın 15-də Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı bütün bunların təsdiqi ilə yanaşı, bir daha göstərdi ki, Azərbaycanın müəllifi olduğu bu layihə uğurla reallaşır.

Xatırladaq ki, Məşvərət Şurasının yaradılmasının da təşəbbüskarı Azərbaycandır. Çünki “Cənub qaz dəhlizi” üzrə iştirakçı dövlətlərin, maraqlı tərəflərin, maliyyə institutlarının sayı artdığından görülən işlərin əlaqələndirilməsi zərurəti yaranırdı. Buna görə Azərbaycan hələ 2015-ci ildə belə bir şuranın yaradılması ideyasını irəli sürdüAvropa Komissiyası bu təşəbbüsü dəstəklədi. Təsadüfi deyil ki, artıq dördüncü dəfədir ki, keçirilən Məşvərət Şurasının iclasında “Cənub qaz dəhlizi”nə qoşulan ölkələrlə yanaşı, Avropa Komissiyasının da məsul rəhbər şəxsləri iştirak etdilər.

Məşvərət Şurasının dördüncü toplantısında iştirak edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç “Cənub qaz dəhlizi” layihəsinin həm siyasi, həm də biznes müstəvisində daim diqqət tələb etdiyini nəzərə alaraq müntəzəm qarşılıqlı əlaqədə olmağın və toplantılar keçirməyin zərurətindən danışaraq deyib: “Cənub qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdirbu, gələcəkdə daha da artacaqdır.

Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizinineftin 89 faizini idxal edirik”.

Ötən 4 il Avropanın özününiqtisadi həyatında böhranın yaşanması müşayiət olundu. Hansı ki, bu, İkinci Dünya müharibəsindən sonra ən böyük iqtisadi böhran idi. Amma buna baxmayaraq, “Cənub qaz dəhlizi” üzrə işlər dayanmadı. Çünki Avropa Azərbaycan qazının əhəmiyyətini anlayır və ölkəmizlə bu müstəvidə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, Avropa Komissiyası “Cənub qaz dəhlizi”ni ortaq maraqlara xidmət edən əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib. Bu barədə Avropa Komissiyasının hesabatında deyilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək.

Bu yaxınlarda Avropa İnvestisiya Bankının Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP kəməri layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləməsi Avropanın layihəyə olan yüksək marağının əyani təsdiqidir. Avropa İttifaqına məxsus dövlətlərarası bank kimi Avropa İnvestisiya Bankının bu qərarı Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub qaz dəhlizi” layihəsinə inam və etibarın bariz nümunəsidir. İndiyədək layihəyə qoyulan birgə sərmayələrin ümumi həcmi isə 29,7 milyard dollardır. Azərbaycan “Cənub qaz dəhlizi”ndə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb.

Hazırda layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir. Bu il layihənin üç seqmenti tam yekunlaşacaq. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qazın 2018-ci ilin ortalarında çatdırılması nəzərdə tutulur.

Bu gün Avropa alternativ enerji mənbələrinə və bu sırada ilk növbədə Azərbaycan qazına ehtiyacının olduğunu daha dərindən hiss edir. Məşvrət Şurasının dördüncü toplantısında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirən Avropa ölkələrinin enerji nazirləri və digər iştirakçılar “Cənub qaz dəhlizi” layihəsinin mühüm strateji layihə olmaqla Avropa İttifaqının qaz təchizatında yeni mənbəni təmin edəcəyini bildirdilər. Bütövlükdə Məşvərət Şurasının dördüncü toplantısı bir daha ona dəlalət edir ki, ciddi siyasi iradə və ahəngdar əməkdaşlıq nəticəsində “Cənub qaz dəhlizi” layihəsinin reallaşması uğurla başa çatmaq üzrədir və Avropa gələcək enerji təhlükəsizliyində Azərbaycan qazına güvənir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-22 fevral.- S.1; 3.