“Norma” operasının premyerası olub

 

Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vinçentso Bellininin “Norma” ikipərdəli operasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə ilk dəfə səhnəyə qoyulan operanın quruluşçu dirijoru xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. Səhnə əsərində əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, solistlər Adil Axundov, Hidayət Əliyev İslamə Abdullayeva çıxış ediblər. Səhnə əsərində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

 “Norma” operasında baş verən hadisələri lirik faciə kimi səciyyələndirmək olar. Opera ilk dəfə 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.

 

Azərbaycan.- 2018.- 10 fevral.- S.7.