YAP tərəfindən Azərbaycan prezidentliyinə
namizəd İlham Əliyevin namizədliyinin
qeydə alınması üçün sənədlər
MSK-ya təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə
AZƏRTAC-a Yeni Azərbaycan
Partiyasından məlumat
verilib.
Xatırladaq ki, fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı
keçirilib. Qurultayda 2018-ci il aprelin
11-də keçiriləcək prezident
seçkilərində Yeni Azərbaycan
Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə
namizədliyinin irəli sürülməsi barədə
yekdilliklə qərar qəbul edilib.
Azərbaycan.- 2018.-10 fevral.- S.3.