Misir Prezidenti Azərbaycanın iqtisadiyyat
nazirini qəbul edib
Fevralın 22-də Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisi
bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki,
Azərbaycan Respublikası
ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası
İqtisadi, Texniki və Elmi əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın fəaliyyətinin
bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır.
Azərbaycanda həyata keçirilən
islahatlar barədə
məlumat verən Şahin Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində
ölkəmizdə əlverişli
biznes və investisiya mühiti yaradılıb.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə də
toxunulub. Qeyd olunub ki, Ermənistan
Azərbaycanın 20 faiz
ərazisini işğal
edib və beynəlxalq təşkilatların
qərar və qətnamələrinə baxmayaraq,
ərazilərimizi işğal
altında saxlamaqda davam edir
Şahin Mustafayev Misirə səfəri çərçivəsində
keçirdiyi görüşlər,
Müştərək Komissiyanın
iclası və imzalanacaq sənədlər
barədə Misir Prezidentinə məlumat verib.
Bu ilin martında Misirdə prezident seçkilərinin
keçiriləcəyi barədə
məlumatlı olduğunu
qeyd edən iqtisadiyyat naziri Prezident Əbdülfəttah
əs-Sisiyə uğurlar
arzulayıb.
Misir Ərəb Respublikasının
Prezidenti Əbdülfəttah
əs-Sisi deyib ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq
etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və
qardaş xalqlar olduğunu vurğulayan Prezident Əbdülfəttah
əs-Sisi ölkəsinin
çətin vaxtlarında
göstərilən köməyə
görə Azərbaycan
xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Misir Prezidenti onun salamlarını Azərbaycan
Prezidenti İlham Əliyevə çatdırmağı
xahiş edib və qarşıdan gələn prezident seçkilərində dövlətimizin
başçısına uğurlar
arzulayıb.
Azərbaycan.-
2018.- 23 fevral.- S.5.