Estoniya
Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti
Kalyulayda
Hörmətli xanım Prezident,
Estoniya Respublikasının milli
bayramı – Müstəqillik Günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə
Estoniya arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı bundan sonra da
xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə
ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 fevral 2018-ci il.
Azərbaycan. - 2018.- 24 fevral.- S.2.