Xocalı soyqırımı - bəşəriyyətə qarşı amansız cinayət

 

Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti Heydər Əliyev verdi

 

Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu hadisə Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi.

Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır.

Ermənilər tərəfindən Xocalıya hücum edilməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.

Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 26 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq bu qanlı faciə haqqında düşündükcə istər-istəməz saysız-hesabsız suallar yaranır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərlə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.

Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə hər şeyin üstü örtüldü, faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də azərbaycanlıların soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya A.Mütəllibovun rolundan heçaz deyildi.

2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Çünki bu, 1992-ci ildə iqtidarda olanlarla hakimiyyətə can atanların arasında baş verən hərc-mərcliyin, respublikadakı anarxiyanın, hakimiyyətin iflicinin, habelə Dağlıq Qarabağonun ətrafında baş verən oyunların məntiqi nəticəsi idi. O vaxtkı dövlət başçısı Ayaz Mütəllibov və respublika rəhbərliyini təmsil edən digər vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasihüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tamoperativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundudünyaya tanıdılması istiqamətində xeyli görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.

Bununla da Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilə gətirmək istəmir. Dünyanın bir çox telekanalları 1992-ci ildə Xocalıda baş verənlərin soyqırımı olduğunu təsdiq edən kadrları nümayiş etdirməkdən hələ də çəkinməkdədirlər. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş verib. Ancaq dünya bilib agah olmalıdır ki, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi ermənilərdir.

Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cumlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri dövlətin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Azərbaycan Prezidenti

İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

2012-ci il fevral ayının 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Xocalı soyqırımı” adibəsinə edilən ümumxalq yürüşü göstərdi ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüş Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi. On minlərlə insanın iştirak etdiyi bu yürüş ermənilərə və onların havadarlarına bir mesaj idi. Prezident İlham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində həllinə məcbur olacaqdır.

Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhval-ruhiyyəsini artırır. Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyaya bəyan edilməsi yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. “Xocalıya ədalət!” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam ediraksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllülər qoşulub.

Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2018.- 25 fevral.- S.1; 3.