2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən
irəli sürülmüş Əli Nadir oğlu Əliyevin
namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 6/43
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyası Məclisinin 2018-ci il 18 fevral tarixli iclasının 1 saylı qərarı ilə həmin partiyanın sədri Əli Nadir oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 21-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 52-ci, 54-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2018
Azərbaycan.-
2018.- 25 fevral.- S.7.