2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Demokrat Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
6/46
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Demokrat Partiyası
Ali Şurasının 2018-ci il 21 fevral tarixli iclasının 2
və 3 saylı qərarları ilə səlahiyyətli
nümayəndə və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə təyin
edilmiş və həmin şəxslərin qeydə
alınması üçün müvafiq sənədlər Mərkəzi
Seçki Komissiyasına təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Azərbaycan
Demokrat Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndə:
Taliyət Məhəmməd
oğlu Əliyev
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
Daşqın Ağarza oğlu
Nuriyev
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2018
Azərbaycan.-
2018.- 25 fevral.- S.7.