2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
seçki komissiyalarının səsvermənin
nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası
və sayı barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
6/47
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin
tələblərinə görə, səsvermə
protokollarının hazırlanması qaydası, mətni və
forması, onların sayı, hazırlanmasına aid tələblər
Mərkəzi Seçki Komissiyasının qərarı ilə
səsvermə gününə ən geci 45 gün
qalmış təsdiq edilməli və həmin protokollar səsvermə
gününə ən geci 30 gün qalmış müvafiq
qaydada hazırlanmalıdır.
Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/43 və 6/44
saylı qərarları ilə təsdiq edilmiş müvafiq
izahlarla Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar səsvermənin nəticələrinə
dair məntəqə və dairə seçki
komissiyalarının yekun protokolları nümunələrinin
forma və mətni müəyyən olunmuşdur.
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar səsvermənin nəticələrinə
dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən
olunmuş nümunələrin forma və mətninə, habelə
seçkilər keçiriləcək seçki dairələrinin
və seçki məntəqələrinin sayına uyğun
olaraq, bir-bir ardıcıl nömrələnməklə və
seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə
karbonlaşdırılmış kağızdan buklet
formasında, habelə həmin komissiyaların hər biri
üçün 30 ədəd nömrələnməmiş
və karbonlaşdırılmamış kağızdan Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mətbəəsində
mətbəə üsulu ilə hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü
və 100-cü maddələrinə uyğun olaraq qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar, Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən olunmuş nümunələrin forma və mətninə
uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə
və seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə
karbonlaşdırılmış kağızdan buklet
formasında olmaqla, dairə və məntəqə seçki
komissiyaları üçün onların sayına uyğun
olaraq, habelə həmin komissiyaların hər biri
üçün 30 ədəd nömrələnməmiş
və karbonlaşdırılmamış kağızdan səsvermənin
nəticələrinə dair müvafiq seçki
komissiyalarının protokolları Azərbaycan Respublikası
Milli Məclisi Aparatının mətbəəsində mətbəə
üsulu ilə hazırlansın.
2. Qərarın icrası öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Katibliyinə və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mətbəəsinə
həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2018
Azərbaycan.-
2018.- 25 fevral.- S.7.