Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 6/48
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Şamil Alməmməd oğlu Əlifov 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin, 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə isə 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.
2. İradə Əli qızı Vəliyeva 20 saylı Nərimanov ikinci, Zəkiyyə Novruz qızı Nəzirova 51 saylı Qusar, İlham Sadıq oğlu Sadıqov 112 saylı Qax, Aidə Vaqif qızı Həsənova isə 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2018
Azərbaycan.- 2018.- 25 fevral.- S.7.