Küveyt Dövləti Nazirlər Kabinetinin
Sədri Əlahəzrət Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 22 fevral 2018-ci il.
Azərbaycan.- 2018.- 25 fevral.- S.2.