Türkiyə ilə Azərbaycan arasında dostluq qardaşlıq əlaqələri gələcəkdə uğurla inkişaf edəcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə xalqımıza başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

 

Azərbaycan.- 2018.- 27 fevral- S.2.