Azərbaycandakı yəhudi dini
icmalarının nümayəndələri “Ana
harayı” abidəsini ziyarət ediblər
Fevralın 25-də Azərbaycandakı yəhudi
dini icmalarının nümayəndələri Xocalı
soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı
qurbanlarının xatirəsinə
ucaldılan “Ana harayı”
abidəsini ziyarət
ediblər.
AZƏRTAC xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmalarının adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.
Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Bakı Dağ
Yəhudiləri Dini İcmasinin
sədri Milix Yevdayev deyib: “Əgər bir
xalqın, bir millətin nümayəndələri
mənsubiyyətinə görə qətlə yetirilirsə,
deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar,
yaşlılar daxil olmaqla
silahlı azərbaycanlılara qarşı törədilən
amansız soyqırımı heç vaxt unudulmayacaq”.
Azərbaycan.- 2018.- 27 fevral.-
S.4.