Mingəçevir Su Elektrik Stansiyası
yenidənqurmadan sonra istismara verilib
Fevralın 27-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir
Su Elektrik Stansiyasının
əsaslı yenidənqurmadan
sonra istismara verilməsi mərasimində
iştirak edib.
AZƏRTAC xəbər
verir ki, “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti Etibar Pirverdiyev dövlətimizin
başçısına stansiyada
görülən işlər
barədə məlumat
verdi.
Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr
icra olunub. Bu istiqamətdə həyata
keçirilən işlər
müsbət nəticəsini
verməkdədir. Energetika sahəsinin
inkişafı ilə
bağlı görülən
işlər arasında
müxtəlif gücə
malik yeni elektrik stansiyalarının
yaradılması, mövcudlarının
isə əsaslı şəkildə yenidən
qurulmasını göstərmək
olar. Bu sahədə
aparılan islahatlar nəticəsində elektrik
stansiyaları həm texniki, həm də görünüş
baxımından müasirləşir,
onların gücü
artırılır. Son
14 ildə ölkədə
30 yeni elektrik stansiyası tikilərək
istismara verilib, mövcud generasiya müəssisələri yenidən
qurularaq modernləşdirilib.
Elektrik enerjisinin istehsal potensialı ölkədaxili
tələbatı tam ödəməklə
yanaşı, ixrac imkanı da yaradıb.
Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik
Stansiyasının xüsusi
yeri və çəkisi var. Son dövrlərdə
stansiyanın müasir
tələblər səviyyəsinə
çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi
istiqamətində olduqca
mühüm işlər
görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik
enerjisinə tələbatının
ödənilməsində mühüm
rol oynayıb. Hələ
1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması
tikinti işlərinin
təxirə salınmasına
səbəb olub.
Nəhayət, 1945-ci ildə Mingəçevir
su qovşağının
və onun üzərində elektrik stansiyasının tikintisinə
başlamaq mümkün
olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə
1955-ci ildə tamamlanıb.
Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən
su qovşağı illik orta su
axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə,
1,2 milyon hektar məhsuldar torpağın
suvarılmasına və
balıqçılığın inkişafına imkan verib. Su qovşağına
yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları,
baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri
daxildir. Stansiyanın su anbarı
öz tutumuna görə uzunmüddətli
istifadə üçün
kifayət qədər
su ehtiyatına malikdir.
Diqqətə çatdırıldı ki,
müstəqillik illərində
Mingəçevir Su Elektrik
Stansiyasında yenidənqurma
işlərinin aparılmasına
ulu öndər Heydər Əliyevin təşəbbüsü və
bilavasitə rəhbərliyi
ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə
burada əsaslı yenidənqurma işləri
həyata keçirilib.
Stansiyada
maşın zalının
aşağı səviyyəsində
yerləşən və
işçi heyətin
təhlükəsizliyi baxımından
standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab
verən yeni idarəetmə mərkəzi
ilə əvəz edilib.
Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub. Hidroaqreqatlarda və stansiyanın
yarımstansiyalarında quraşdırılmış
lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə
sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.
Dövlətimizin başçısı Mingəçevir
Su Elektrik Stansiyasını
əsaslı yenidənqurmadan
sonra işə saldı.
Bildirildi ki, istismara yararsız iki turbin və
generator görülən işlər
çərçivəsində gücü 71,5 meqavat olan turbin
və generatorla əvəz edilib. 200 meqavat gücündə
avtotransformator quraşdırılıb,
gərginlikləri 330, 220 və
110 kV olan yarımstansiyalar
yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların
dayanıqlı istismarını
və onların bir-biri ilə, eyni zamanda, stansiya
ilə əlaqələrini
təmin etmək üçün 100 kilometrdən
artıq güc, nəzarət və ölçü kabelləri
çəkilib. Görülən işlər nəticəsində
stansiyanın gücü
284 meqavatdan 424 meqavata
çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab
verən yeni inzibati bina inşa
edilib, aşağı
gərginlikli paylayıcı
qurğular və sabit cərəyan avadanlıqları tamamilə
dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün
avadanlığı ilə
birlikdə yeni avtomatik tənzimlənən
hidravlik qaldırıcılarla
əvəz olunub.
Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı
kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri
ilə əvəzlənib.
Stansiyanın maşın zalında
əsaslı təmir-bərpa
işləri aparılıb.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların
manevr imkanlarına, tənzimlənmə diapazonuna
və xarakteristikalarına
görə tezliyin tənzimlənməsinin standartla
müəyyən edilmiş
normalar çərçivəsində
aparılmasını təmin
edən yeganə elektrik stansiyasıdır. Hazırda burada
130 işçi çalışır.
Ərazidə genişmiqyaslı abadlıq
işləri həyata
keçirilib, 5 mindən
çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.
Azərbaycan.- 2018.- 28 fevral.- S.1-2.