Prezident İlham
Əliyev Mingəçevir-Bəhramtəpə
yolunun 26 kilometrlik hissəsinin açılışında
iştirak edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə
avtomobil yolunun əsaslı şəkildə
yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı
hissəsinin açılışında
iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri
və görülən
işlər barədə
Prezident İlham Əliyevə məlumat verdi.
Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni
körpülərin və
yolayrıcılarının tikilməsi, magistral yolların salınması
sosialyönümlü tədbirlər
olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi
baxımından da mühüm əhəmiyyət
kəsb edir. Regionlarda yol-nəqliyyat
infrastrukturunun daha da müasirləşdirilməsi
istiqamətində mühüm
tədbirlər həyata
keçirilir. Hazırda respublikamızda
kənd yollarının
inşası və yenidən qurulması geniş vüsət alıb. Rəmzi “40 yol” layihəsinin
həyata keçirilməsi
məqsədilə dövlət
büdcəsindən və
Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır. Bununla yanaşı,
ölkənin əsas
yolları da müasir səviyyədə
yenidən qurulur.
Görülən işlər yüksək
keyfiyyətlə, həm
də qısa müddətdə icra olunur. Azərbaycanda həyata keçirilən
yol layihələri avtomobillərin hərəkətinin
təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının
inkişafına təkan
verir, məhsulun tez bir zamanda
istehsalçıdan istehlakçıya
çatdırılmasına hərtərəfli şərait
yaradır. Ümumilikdə bu layihələr hər bir vətəndaşın
sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin
müxtəlif istiqamətlər
üzrə potensialını
nümayiş etdirir.
Bu istiqamətdə icra olunan layihələrdən
biri də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə
yenidən qurulmasıdır.
Bildirildi ki, yolun ümumi
uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli
yol iki hərəkət
hissəlidir. Hərəkət
hissələrinin hər
birinin eni 3,5 metrdir. Layihə
çərçivəsində iki yeni körpü
və beş
yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb.
İşlərin yüksək keyfiyyətlə
həyata keçirilməsi
üçün yolun
yenidən qurulması
zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər
edib. İnşaat işləri texniki
ardıcıllığa uyğun
aparılıb. Mingəçevir-Bəhramtəpə avtomobil yolu
respublikamızın regionları,
o cümlədən Yevlax,
Bərdə, Beyləqan
rayonları arasında
iqtisadi əlaqələrin,
həmçinin turizmin
və regionların sosial-iqtisadi inkişafı,
nəqliyyat xərclərinin
azaldılması baxımından
mühüm əhəmiyyətə
malikdir. Bütün bu
xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizlərini
əlaqələndirən bir
magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında
da bu yolun
mühüm rolu var. Beləliklə, ölkədə
yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində
əsaslı dəyişikliklərin
yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.
Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə
yenidən qurulan Aran-Qarağacı hissəsinin
rəmzi açılışını
bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2018.- 28 fevral.- S.3.