Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci yubiley ilində Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb

 

Xəbər verdiyimiz kimi, Avropa Azərbaycanlılar Konqresinin bu gün Amsterdamda keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənov geniş nitqlə çıxış edib.

Natiq 2018-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsini xatırladaraq, bu hadisə ilə əlaqədar Azərbaycan diasporuna həvalə edilən əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslamtürk dünyasında ilk demokratik cümhuriyyətin elan edilməsi, həmçinin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadisiyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Prezident İlham Əliyev Ümummilli Liderin işini uğurla davam etdirir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və “azərbaycançılıq” ideyası ətrafında sıx birləşməsidir.

Əli Həsənov vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri ailəsində layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.

Əli Həsənov deyib: Yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti, barədə dünya ictimaiyyətini daha da maarifləndirmək, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib”. Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.

Əli Həsənov çıxışının sonunda bu gün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.6.