Erməni məkrinin Sumqayıt avantürası

 

Sumqayıt hadisələrindən 30 il ötür

 

Üç minə yaxın günahsız şəhər sakini həbs edildi

 

Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini NenaşevBaş Prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edirdilər. Keçmiş SSRİ DTK-nın və SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər sakini həbs edildi. Onların bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi çətinliklə də olsa azadlığa çıxa bildi. 94 nəfər haqqında isə cinayət işi başlanıldı. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən qrupla yanaşı, Azərbaycanın müvafiq qurumlarının üzüyola əməkdaşlarının da “xidməti” olmuşdur. Məhkəmələr yuxarıların göstərişlərini əsas tutmuş, baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsassızlığı sübut olunmuşdu. Ona görə də həmin bütövlükdə yenidən istintaqa qaytarılmalı idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun və T.İsmayılovun cinayət işinin materialları yenidən təhqiqata verilmiş, Ə.Əhmədov isə heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum edilmişhökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə dözməyərək həbsxanada intihar etmişdi.

Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiazərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indibu hadisələrin guya azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar.

Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, “yenidənqurma”, “yeni siyasi düşüncə” şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.

SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər.

SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkan vermək üçün bir o qədər yararlı idi.

Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, şəhərdə özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır. O vaxtlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi üçün cüziolsa tədbirlər görülməmişdir. DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olanPaşa” ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev ona Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində “Paşa”nın əslən qarabağlı, milliyyətcə erməni olan Osipovya Osipyan soyadlı bir “həmkarı” ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınmış və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.

Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda, hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri demək olar ki, kölgədə qalmışdır.

 

Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi

 

Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının işğalında təkcə öz imkanlarından istifadə etmişdilər? Xeyr! Əgər kənardan kömək olmasaydi, ermənilər cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cəsarəti çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi.

Parisdə nəşr olunanJurnal dyu dimanş” qəzeti 1990-cı il yanvar ayının 24-də yazırdı: “Axır günlər Livandan Yerevana minomyotavtomatlar daşıyan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilirdi. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu silahların daşınması ola bilsin ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan GorusXanlar ətrafına yola düşüb. Qonşu respublikalarda olduğu kimi, “Qarabağ Komitəsi” bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır”.

Ermənilər ideoloji silahdan da məharətlə istifadə etməyə çalışırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı mətbuat səhifələrində guyaböyük Ermənistan”ın mövcud olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldığını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje “Azərbaycana xaricdən təsir” məqaləsində Azərbaycan tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tutulur) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.

Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul idilər. Məsələn, 1989-cu il iyun ayının 29-da “Yurmala” qəzetinin 26-cı nömrəsinin birinci səhifəsində belə bir başlıq verilmişdi: “Qəzetin bu nömrəsi Ermənistana və erməni xalqına həsr olunur”.

Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində bir alət kimi yararlandılar. Erməni millətçiləri isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə çalışdılar. Həmin illər ermənilər informasiya müharibəsində üstünlük qazanmışdılar. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçilər, politoloqlar Azərbaycanın ünvanına böhtanlar, hədyanlar yağdırırdılar. “Sandi Tayms” qəzeti yazırdı: “Azərbaycanlılar ermənilərdən acizgücsüz deyillər. İnformasiya müharibəsində isə azərbaycanlılar ermənilərdən aciz və gücsüzdürlər”.

Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Ssenari çox məxfi şəkildə yazıldığından iğtişaşlar başlanandan sonra da həqiqət dünyadan, cinayətkarlar isə istintaqdan gizlədildi. Hadisələrin xronikası, ardıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan hazırlamışdılar. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də bunu sübut edir. Eyni vaxtda Xankəndidə və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi. Bunun ardınca cavab aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları görünürdü. Erməni separatçıları məqsədlərinə çatmaq üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Moskva isə hadisələri sükutla izləyir, əslində, daha riyakar və dəhşətli planların konturları cızılırdı.

1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı, ermənilərin dünyaya bəlli olan üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: “Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”. Əslində, dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi...

Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün SSRİ Baş Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar məsuliyyətə cəlb olunmadılar.

 

Moskvadan gələn müstəntiqləri qanlı təxribatı təşkil edənlər maraqlandırmırdı

 

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürərək Sumqayıtın və ümumiyyətlə, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırdı. Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşdı, tutulan ermənilərin hamısı “səhvən yaxalanmışlar” kimi azadlığa buraxıldı.

Hərbçilər tərəfindən tutulmuş E.Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün oldu. Qriqoryan uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan cəzasının qalan hissəsini çəkmək üçün onun Ermənistana göndərilməsi də çox şeydən xəbər verir.

Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla çox sərt rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən aydın başa düşülürdü ki, sovet rəhbərliyini qanlı təxribatı təşkil edənlər yox, yerli partiyasovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə təbii ki, həmin şəxslər barəsində “zəruri” tədbirlər görmək üçün yox, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım idi. Belə faktlar azərbaycanlıların əleyhinə növbəti çığır-bağır kampaniyası qaldırmağa “əsas” verirdi.

Hadisələr ərəfəsində yerli hakimiyyət strukturları yuxarı hakimiyyət orqanlarına əsl vəziyyət barədə məlumat vermişdilər. Moskvadan gəlmiş yüksək vəzifəlilər, qoşun hissələrinin və digər dövlət orqanlarının səlahiyyətli nümayəndələri Sumqayıtda idilər, iğtişaşlartalanlar onların gözü qarşısında törədilmişdi. Bu isə onu göstərir ki, hadisələr Moskvadan idarə olunur və izlənilirdi.

Sumqayıtda yaşayan ermənilərin bir qisminin millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlara keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlananistintaqa təqdim edilmişNalyotçik” (“Basqınçı”) kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin rus dilində tərtib edilmiş 146-147-ci vərəqləri Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.

1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu tərəfindən intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağla və digər bu kimi hadisələrlə əlaqədar sənədlər aşkar edilmişdir. Sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özüonu göstərir ki, baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.

Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib. Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir aksiya idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.1; 10.