Ukrayna mətbuatı Xocalı soyqırımının 26-cı ildönümünü geniş işıqlandırıb

 

Ukrayna KİV-ləri Xocalı soyqırımının 26-cı ildönümünü geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, UKRİNFORM informasiya agentliyində “İşğal altında olan ərazi: Xocalı faciəsinin 26-cı ildönümü” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə keçirdiyi “dəyirmi masageniş işıqlandırılıb. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən faciəli hadisəsidir və Xatın, Xirosima kimi qətliamlarla müqayisə olunur.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “ZİK” və “Pravda tut” telekanallarına müsahibəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi ağır cinayətlərdən danışıb.

Ukraynanın ATR telekanalı Xocalı soyqırımında baş verən dəhşətli faktlarla bağlı reportaj yayımlayıb.

Bundan başqa, Odessanın “Kruq” kanalı, Odesse1.com və odessa.online portalları Azərbaycanın Ukraynadakı səfirliyi ilə diaspor təşkilatlarının birgə təşkil etdiyi konfrans, etiraz aksiyasını geniş işıqlandırıb.

Eyni zamanda, “Vechirniykiev”, Versii.com, Gordonua.com portallarında Xocalı soyqırımına dair məqalələr dərc edilib.

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.9.