2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülmüş
İlham Heydər oğlu
Əliyevin namizəd kimi qeydə
alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
7/49
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürülmüş Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Heydər oğlu
Əliyevin namizədliyinin irəli sürülməsi Mərkəzi
Seçki Komissiyasının 2018-ci il 14 fevral tarixli 3/12
saylı Qərarı ilə təsdiq edilmişdir.
Namizədin müdafiəsi
üçün toplanmış seçici imzaları olan imza
vərəqələri və onlara əlavə edilməli
olan sənədlər 2018-ci il fevralın 22-də
partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
namizədin qeydə alınması üçün Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, namizədin qeydə alınması
üçün əsasların olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək, Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu,
60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara
alır:
1. 2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürülmüş İlham Heydər oğlu
Əliyev namizəd kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-
2018.- 28 fevral.- S.1.