“Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
19-cu bəndini rəhbər tutaraq, 2016-cı il
26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Referendum
Aktının icrası ilə əlaqədar qərara
alır:
“Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131;
2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10,
№ 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə
884;
2005, № 6, maddələr 463, 475, № 10, maddə 874;
2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə
927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr
434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr
1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6,
maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10,
maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə
403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, №
4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə
463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə
1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100;
2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, №
5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə
1513, № 11, maddə 1974, № 12, maddə 2192; 2018, №
2, maddələr 158, 159, № 3, maddə 392; Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD və 1 may tarixli 1114-VQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü maddəyə “Azərbaycan
Respublikasının Prezidentinə”
sözlərindən sonra “, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinə
və vitse-prezidentlərinə” sözləri əlavə edilsin.
2. 4.1.9-cu və 27.1-ci maddələrdə
“milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə
əvəz edilsin.
3. 11.1.2.1-ci maddəyə
“köməkçisinin vəzifəsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi”
sözləri əlavə edilsin.
4. 22.7-ci maddənin üçüncü cümləsinə “maddə”
sözündən sonra “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və
vitse-prezidentləri,” sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.2.