“Sərbəst
toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
8-ci bəndlərini rəhbər tutaraq,
“Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Sərbəst
toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649; 2005, № 4, maddə 278;
2007, № 11, maddə 1053; 2008, № 6, maddə 455; 2012, № 11, maddə 1067; 2015,
№ 7, maddə 811) 8-ci maddəsinin VIII hissəsinə “Fövqəladə”
sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin və həmin hissədə “Fövqəladə
vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada” sözləri “Fövqəladə
vəziyyət haqqında” və “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1
may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.2.