“Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi
vəziyyət haqqında” Azərbaycan Respublikasının
2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə
əlaqədar qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736;
2002, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr
57, 58; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə
1079; 2009, ¹ 4, maddə 212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə
172; 2015, ¹ 2, maddə 82, ¹ 11,
maddələr 1258, 1292; 2016, ¹ 1, maddə 40, ¹ 5, maddə
837, ¹ 12, maddə 1986; 2017, ¹ 12
(I kitab), maddə 2254; 2018, ¹ 1, maddə 16) 7-ci maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci-dördüncü hissələr müvafiq
olaraq üçüncü-beşinci hissələr hesab
edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
“Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq kütləvi informasiya vasitələrinin məlumat və
materialları hərbi senzuradan keçirilə, habelə hərbi
vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə)
kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət
rejimi tətbiq edilə bilər.”
2. üçüncü hissəyə “Fövqəladə”
sözündən sonra “və hərbi” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.2.