“Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №
10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6,
maddə 469; 2006, № 11, maddə
932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, №
11, maddə 1053; 2009, № 6, maddə 394; 2010,
№ 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016,
№ 12, maddə 1987) 2-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.2-ci maddədə “Teleradio” sözü “Bu qanunun 2.2-1-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla teleradio” sözləri
ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda
2.2-1-ci maddə əlavə edilsin:
“2.2-1. Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq teleradio məlumat və materialları hərbi
senzuradan keçirilə, habelə hərbi
vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə)
teleradio yayımının xüsusi fəaliyyət rejimi
tətbiq edilə bilər.”.
3. 2.5-ci maddəyə “Fövqəladə”
sözündən sonra “və hərbi”
sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.2.