Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli
913-VQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №
11, maddə 687; 2004, № 7, maddə
505; 2006, № 3, maddə 223; 2010, № 11, maddə 936; 2013, № 5, maddə
464;
2014, № 11, maddə 1334; 2015, № 10, maddə 1083) ilə
təsdiq edilmiş “Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1. 38-1-ci maddə ləğv edilsin.
2. VII fəslin adından və
59-cu maddədən “və müvafiq inzibati xətalara görə inzibati
cərimə” sözləri çıxarılsın.
3. 56-cı maddənin üçüncü hissəsi və 57-ci
maddənin ikinci hissəsi ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.2.