“Müdafiə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 18-ci bəndlərini rəhbər tutaraq,
“Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Müdafiə
haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə
671; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 3, maddə 148, № 11, maddə
683; 2004, № 5, maddələr 312, 319; 2005, № 7, maddə 576; 2006, №
3, maddə 219, № 5, maddə 385, № 11, maddə 933; 2017, № 12, I kitab, maddə 2196)
aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin ikinci hissəsinin beşinci
abzasında “tətbiq edilməsi” sözləri “elan edilməsi, qüvvədə olma müddətinin uzadılması” sözləri
ilə əvəz edilsin.
2. 5-ci maddənin ikinci hissəsinin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq cəbhəboyu
zonanın (ərazinin) hüdudlarını və hərbi idarəetmə
orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə
olma müddətinin uzadılması və
ya ləğv edilməsi
haqqında fərmanı təsdiq üçün
Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edir;”.
3. 14-cü maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan
Respublikasının bütün ərazisində
və ya ayrı-ayrı yerlərində hərbi
vəziyyətin elan və ləğv
edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi
vəziyyət rejiminin təmin edilməsi
qaydası, hərbi vəziyyət dövründə hüquq və
azadlıqların təminatı, habelə hərbi vəziyyətlə
bağlı digər məsələlər “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənir.”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.3.