“Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
8-ci və 10-cu bəndlərini rəhbər tutaraq,
“Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
“Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №
3, maddə 226, № 5, maddə 379;
2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1,
maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5,
maddə 437, № 11, maddə 1049;
2010, № 3, maddə 171; 2012, № 7, maddə 672; 2013, № 1, maddə 17;
2014, № 10, maddə 1172; 2018, № 1, maddə 6) 8-ci maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1. Adına “xitam
verilməsi” sözlərindən sonra “və
ya fəaliyyətinin
dayandırılması” sözləri əlavə edilsin.
2.
Aşağıdakı məzmunda üçüncü
hissə əlavə edilsin:
“Hərbi vəziyyətin
elan edilməsinə səbəb olmuş halların aradan
qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının
fəaliyyəti hərbi vəziyyət başa
çatanadək dayandırıla bilər.”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
Azərbaycan.- 2018.-1 iyul.- S.3.